Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Şou Biznes / VASİF TALIBOV   ARÇİL XABADZENİ QƏBUL ETDİ – FOTO

VASİF TALIBOV   ARÇİL XABADZENİ QƏBUL ETDİ – FOTO

İyunun 11-də Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına işgüzar səfərə gəlib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında 2012-ci ildə əsası qoyulmuş mehriban dostluq və əməkdaşlıq əlaqələrinin bu gün uğurla davam etdirildiyini bildirmiş, bu əlaqələrin davamı olaraq dəvəti qəbul edib Naxçıvan Muxtar Respublikasına səfərə gəldiyinə görə Acarıstan Muxtar Respublikası Hökumətinin sədrinə təşəkkür edib.

Ali Məclisin Sədri demişdir ki, Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında əlaqələr hər iki tərəfin səyi ilə ilbəil genişlənir. Hazırda ticarət-iqtisadi, səhiyyə və təhsil sahəsində əlaqələr əməkdaşlığın böyük potensiala malik olduğunu göstərir. Hər iki muxtar respublikanın ali təhsil müəssisələri – Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasındakı əlaqələr təhsil sahəsində əməkdaşlıq üçün yaxşı əsaslar yaratmışdır. Biz səhiyyə sahəsində əlaqələrə də böyük əhəmiyyət veririk. Acarıstanlı uşaqların müalicə üçün Naxçıvana gəlməsi hər iki tərəfdən yetişməkdə olan nəslin sağlam böyüməsinə göstərilən qayğının ifadəsidir. Biz bu il də qardaş acarıstanlı uşaqların müalicəsini davam etdirəcəyik. Dərinləşən əməkdaşlığımız birbaşa nəqliyyat əlaqəsinin yaradılmasını da zərurətə çevirmişdir. Yeni Naxçıvan-Batumi avtobus marşurutu açılmışdır. Bütün bunlar hər iki muxtar respublika arasında daha sıx əlaqələri təmin edəcəkdir. “Bizim əlaqələrimiz-qardaşlıq əlaqəsidir”, – deyən Ali Məclisin Sədri vurğulamışdır ki, biz bundan sonra da Azərbaycan-Gürcüstan əlaqələrinin tərkib hissəsi kimi Naxçıvan-Acarıstan əlaqələrinin davamlı olmasına və digər sahələrdə də inkişaf etdirilməsinə səyimizi artıracağıq.

 

Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Arçil Xabadze Naxçıvan Muxtar Respublikasına səfərə dəvətə və göstərilən səmimi münasibətə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmiş, Naxçıvanda olmaqdan məmnunluğunu bildirmişdir. Qonaq demişdir ki, hər iki muxtar qurum arasında həyata keçirilən qarşılıqlı səfərlər, Naxçıvan və Batumi şəhərləri arasında əməkdaşlığa dair memorandumun imzalanması öz bəhrəsini vermiş, ötən dövrdə əlaqələr sürətlə inkişaf etmişdir. Bu gün Acarıstan və Naxçıvan muxtar respublikaları arasında əlverişli biznes və investisiya mühiti mövcuddur. Hazırda iqtisadi-ticarət, təhsil, səhiyyə və nəqliyyat sahəsində əlaqələr inkişaf etdirilir.

Naxçıvanın mövcud iqtisadi potensialının məmnunluq doğurduğunu vurğulayan Arçil Xabadze bundan sonra da ikitərəfli əlaqələrin inkişafı üçün səylərin göstəriləcəyini bildirmişdir.

Görüşdə qarşılıqlı əlaqələrin perspektivləri nəzərdən keçirilmiş, əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olunmuş, xatirə şəkli çəkdirilmişdir.

Azərbaycan Respublikasının Batumidəki Baş konsulu Rəşad İsmayılov görüşdə iştirak edib.

Həmçinin oxuyun

“Bir az kökələn kimi başqa sözlər yazırlar” – Könül Kərimova

Birini, ikisini oxudum, fikir vermədim. Bir haqlı tənqid tapmadım ki, sakitləşim. Biri deyir parik qoymusan. …

Bir cavab yazın