Bazar ertəsi , Avqust 26 2019
Ana səhifə / Şou Biznes / “VƏTƏN mənə oğul desə …” layihəsi çərçivəsində 2 günlük cüdo yarışı başa çatdı – FOTO

“VƏTƏN mənə oğul desə …” layihəsi çərçivəsində 2 günlük cüdo yarışı başa çatdı – FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “VƏTƏN mənə oğul desə …” layihəsi çərçivəsində 2 günlük cüdo yarışı başa çatdı. 40 nəfər gənc və yeniyetmələrin iştirakı ilə keçirilən yarışda onların idmana göstərdikləri həvəs bir daha ölkəmizdə idmana olan münasibətindən xəbər verir. Cüdo yarışı şəhidlərimizin ruhuna bir dəqiqəlik sükutla və dövlət himnimizin canlı ifası ilə başlanıldı.

Yarışa katiblik edən Məmməd Xudiyev çıxış sözüylə yarışı açıq elan edərək idmançılarımıza uğurlar arzuladı. Yarışın baş hakimliyi dünya və Avropa çempionu cüdoçu Vüqar Hüseynov etdi. Hakimlər Ruslan Yunusov, Vüsal Əhmədov, Davud Salmanov və Ayaz Kərimov yarışın uğurla keçməsinə tam şərait yaratdılar. Yeniyetmə və gənclər arasında keçirilən cüdo üzrə yarış uğurlu nəticələrlə yekunlaşdı. Cüdo yarışı 8 çəki üzrə (42 kq, 46 kq, 50 kq, 55 kq, 60 kq, 66 kq, 73 kq, 90 kq) keçirildi və qaliblər yerlər üzrə ( I, II, III, IV) medallarla, diplomlarla təltif olundular və onlara müxtəlif hədiyyələr təqdim olundu. Eyni zamanda yarış iştirakçılarına papaq və köynəklər, döş nişanları paylanıldı. Sonda layihəyə tərəfdaşlıq edən “Yeni Həyat” Humanitar və Sosial Dayaq İB-nin sədri Nailə İsmayılova qalibləri təbrik etdi və gələcək şəxsi və idman həyatlarında uğurlar arzuladı. Layihə rəhbər Əfqan Nəcəfov donora, idmançılara və qonaqlara təşəkkürünü bildirdi.

Həmçinin oxuyun

Nadir Qafarzadənin açıqlamasına böyük təpki

Xəbər verdiyimiz kimi, müğənni Nadir Qafarzadə Türkiyədə həyat yoldaşı tərəfindən qətlə yetirilən 38 yaşlı Emine …

Bir cavab yazın