Şənbə , May 25 2019
Ana səhifə / Şou Biznes / Üç nəfər zəvvar Həccə gedə bilməyib

Üç nəfər zəvvar Həccə gedə bilməyib

Azərbaycandan Həcc ziyarətinə zəvvarların son qrupları ötən gecə yola düşüb.

Qafqaz Müsəlmanları idarəsindən verilən məlumata görə, bununla da Azərbaycandan Həccə 2400 nəfərlik zəvvar kvotasının uçuşları başa çatıb. Siyahıdan 3 nəfər zəvvar Həccə gedə bilməyib və buna səbəb onları səhhətində qəflətən yaranan narahatlıq olub.

QMİ-dən onu da bildiriblər ki, artıq azərbaycanlı zəvvarların bir hissəsi Mədinədən Məkkəyə gedib.

Qeyd edək ki, Azərbaycandan Həccə ilk zəvvar qrupu sentyabrın 15-də yola düşüb. Bu il Azərbaycana 2400 zəvvar yeri ayrılıb və sənəd qəbulu zamanı bütün yerlər dolub. Sənəd qəbuluna martın 11-dən start verilib. Bu il ilk dəfə olaraq yerlərin gec dolması səbəbindən sənəd qəbulu son günlərə qədər davam edib (ötən ilə qədər sənəd qəbulu üçün son tarix mayın 31-i müəyyən olunmuşdu).

Bu il ilk dəfə olaraq ödənişlər ABŞ dolları ilə aparılıb.

Həmçinin oxuyun

Emin Ağalarov yeni yay mahnısını təqdim edib – VİDEO

Azərbaycanın Xalq artisti Emin Ağalarov repertuarına xas olmayan “Mehriban” adlı yeni mahnısını təqdim edib.“Report” xəbər …

Bir cavab yazın