Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Türkiyəli müğənni Niyama 1200 manat göndərdi – Video

Türkiyəli müğənni Niyama 1200 manat göndərdi – Video

ATV telekanalında yayımlanan “7 Canlı” verilişinin qonağı olan müğənni Niyam Salami sürprizlə qarşılaşıb.

Canlı efirə görüntülü zəng edən türkiyəli müğənni Cansevər Niyamı can dostu adlandırıb. Ekranda türkiyəli dostunu görən Niyam maraqlı açıqlama verib. 

İfaçı bir müddət əvvəl Cansevərin ona 1200 manat pul göndərdiyini deyib: “Sizə bir şey danışım. Bir gün gördüm ki, telefonuma şəxsiyyət vəsiqəmin şəkli, çek şəkilləri gəlib. Başa düşmədim. Sonra bildik ki, sən demə, Cansevər xəbərim olmadan mənə pul göndərib ki, belə bir vaxtda ehtiyacım olar. Səmimi deyirəm. Onun ürəyinə qurban. Ürəyindən keçib göndərib. 1200 manat pul idi. Canım qurban sənə, Cansevər, Allah səni var etsin”. 

Həmin görüntüləri təqdim edirik:

Aça

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …