Şənbə , Yanvar 23 2021
Ana səhifə / Şou Biznes / Toy mövsümü başlayır: qiymətlər necədir? – VİDEO

Toy mövsümü başlayır: qiymətlər necədir? – VİDEO

İki ay fasilədən sonra toy mərasimlərinə yenidən start verilməsinə sayılı günlər qalıb.
Artıq restoranlar çal-çağırlı məclislər üçün sifarişlər qəbul etməyə başlayıblar. Bəzi ərzaq məhsullarının, o cümlədən, ətin bahalaşması toy mövsümünün başlaması ərəfəsində restoran menyularına təsir edib.
İnzibatçılarının sözlərinə görə, artıq aprel ayına qədər belə toy üçün yazılanlar var. Bununla belə qiymətlərdə hər hansı bir endirim tətbiq edilmir.
Son günlər ət və ət məhsullarının bahalaşması şadlıq evlərini tədbir görməyə vadar edib. Bəzi restoranlar qiymətləri qaldırmamaq üçün menyuda ixtisarlar edib.
Şadlıq evlərinin inzibatçıları bildiriblər ki, bəgər ərzaq məhsullarının qiymətləri artmağa davam etsə, menyuları yenidən tərtib etməli olacaqlar.

Həmçinin oxuyun

“Qızlar maşını, evi olan oğlana ərə getmək istəyir“

Müğənni Nadir Qafarzadə aktrisa Pərvin Abıyevanın “Heç bir qız kasıb oğlana ərə getmək istəməz” sözlərinə …

Bir cavab yazın