Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / “Tarık Ediz” mağazası şikayət edən müştərini necə cəzalandırdı? – AÇIQLAMA

“Tarık Ediz” mağazası şikayət edən müştərini necə cəzalandırdı? – AÇIQLAMA

Jurnalistlə kobud danışan, müştəriyə “pulun da getdi, malın da getdi” deyən mağaza nümayəndəsi kimə güvənir?

Ötən ilin sonlarında Qafqaznews.az saytında Bakı sakini Sevinc Hacıyevanın şikayəti dərc olunmuşdu: “ Tezliklə qızımın nişanı olacaqdı. Ona görə də “Tarık Ediz” mağazasından 1000 manat dəyərində xüsusi paltar götürdüm. Sonra dərziyə gedib paltarı bədən quruluşuna uyğunlaşdırmaq istədik. Dərzinin atelyesi mağazanın yaxınlığında idi. Paltara baxan dərzi Ramin Ələkbərov ləkə müəyyənedərək mənə bildirdi. Mən paltarı götürərək mağazaya qayıtdım. Tələb etdim ki, ya təzəsini verin, ya da pulumu qaytarın. Ancaq satıcılar mənim tələbimi yerinə yetirmədilər. Onlar bildirdi ki, biz ancaq paltarı təmizləməyə göndərə bilərik. Mən onlardan soruşdum ki, korlanmış-zay paltar mənim nəyimə lazımdır?”.12079686_674092006061030_5297436059250862574_n

Sevinc Hacıyeva öz istehlakçı hüquqlarını qorumaq üçün məhkəməyə müraciət etməyə hazırlaşır. Məsələ ilə bağlı mağazanın sahibi Ramin ( soyadını demədi ) bizə bildirdi ki, Sevinc Hacıyevanın dedikləri yalandır. Müxbirimizin “O sizdən paltar almayıb?” sualına mağazanın sahibi belə cavab verdi: “Əlbəttə alıb. Ancaq satışdan sonra yoxlama keçiririk. Biz heç vaxt müştəriyə hər hansı bir problemi olan paltar satmarıq. O paltarı alıb öz ölçülərinə uyğunlaşdırmaq üçün dərziyə apardı. Bunu dərzinin özü də mənə dedi. Biz belə paltarı geri götürmürük”. Biz dərzi Ramin Ələkbərovu da taparaq onun fikirlərini öyrəndik: “Sevinc Hacıyeva həqiqətən də “Tarik Ediz” mağazasından aldığı paltarı mənim yanıma gətirdi. Mən paltara toxunmadım, sadəcə ləkəni görüb paltarı Sevinc Hacıyevaya qaytardım”.

Bu günlərdə S.Hacıyeva bizə bildirdi ki, həmin paltara 1000 manat pul xərcləyib, heç olmasa, həmin paltarı mağazadan  götürmKadr-Tarik-Ediz-ma-azas-n-n-sahibind-n-polis-ikay-t-olundu-00-00-02ək istəyir. Lakin mağaza sahibləri ilə münaqişəsi yarandığına görə, S.Hacıyeva o mağazaya gedə bilmir. Biz bu barədə qarşı tərəfin fikrini öyrənməyə çalışdıq. Mağaza sahibi Raminin telefon nömrəsinə zəng etdikdə, bizə cavab verən xanım (adını bildirməkdən imtina etdi, lakin sonradan biz onun Raminin həyat yoldaşı Aynur olduğunu öyrəndik – red.) bildirdi ki, həmin paltarı tullayıblar. “Paltarı tullamısınız? Nəyə görə? Belə çıxır ki, xanımın min manatı da batdı?” – deyə soruşduq.

“Özü bilər, paltar yoxdur, pul da yoxdur”, – deyə “Tarık Edizin təmsilçisi bildirdi. Daha sonra isə həmin xanım dedi ki, “Sevinc Hacıyevanın adamları gəlib paltarı aparıblar”. “Axı özü bizə müraciət edib? Necə gəlib apara bilər? Az əvvəlcə dediniz ki, tullamısınız. İndi necə anlayaq? Tullamısınız, ya gəlib aparıblar?”, – deyə dəqiqləşdirmək istədik.“Paltar yoxdur. Şikayətlərinə davam etsin. Saytlara şikayət eləyəndə, özbaşınalıq edəndə belə olacaqdı”, – deyə qarşı tərəf bildirdi.8ee54514e0d784c02861afc8102d7b8d

“Belə çıxır ki, siz onu cəzalandırırsınız? Müştəri ilə prinsipə girmisiniz, eləmi?” – deyə aydınlaşdırmaq istədik.

“Yox, biz ona “premiya” verməliyik? Getsin şikayətlərini davam etsin. Mənə daha zəng etməyin, ay bala! Mən sizinlə danışmaq istəmirəm”, – deyə həmsöhbətimiz cavab verdi. “Mən “ay bala” deyiləm, jurnalist Rüfət Əhmədzadəyəm. Sizsə özünüzü təqdim etmirsiniz”, – deyə Qafqaznews.az-ın jurnalisti xatırlatdı.

“Ay Rüfскачанные файлы (2)ət Əhmədzadə! Mənə daha zəng eləməyin! Sizinlə danışmaq istəmirəm!” ,– deyə “Tarık Ediz” nümayəndəsi cavab verdi. Maraqlıdır ki, “Tarık Ediz” mağazası Bakıda imkanlı adamların alış-veriş etdiyi bir yerdir. Necə deyərlər, “elitar” yer hesab olunur. Jurnalistlə kobud danışan, müştəriyə “pulun da getdi, malın da getdi” deyən mağaza nümayəndəsi kimə güvənir? Qeyd edək ki, S.Hacıyeva Nəsimi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayevə müraciət edib, lakin nəticə əldə etməyib. Bəlkə, mağaza sahibləri məhz polis orqanlarının laqeydliyindən cəsarətlənərək, həm vətəndaşa, həm də jurnalistə qarşı belə kobud münasibət sərgiləyirlər? Hüquqşünas Mehman Muradlı bildirdi ki, məsələ ilə bağlı bütün materiallar ətraflı təhlil olunmalıdır. “Lakin mağaza nümayəndələrinin belə yanaşması, xüsusilə də son cavab onların haqsız olduğunu göstərir. Hər halda, müştəri mağazaya dəvət oluna və hər hansı dialoqa təşəbbüs edilə bilərdi. Bilmirəm, bunlar olub ya yox, amma vətəndaş harasa şikayət edib deyə, onunla prinsip aparmaq da doğru deyil. Mağaza nümayəndəsinin son cavabından belə anlamaq olar ki, ortada mənimsəmə faktı var. Hüquq mühafizə orqanları məsələni mənimsəmə və ya dələduzluq kimi də qiymətləndirə bilərlər”, – deyə hüquqşünas qeyd etdi.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovскачанные файлы sayta bildirdi ki, burda istehlakçı hüquqlarının pozulması var və Sevinc Hacıyeva ona dəyən zərəri tələb edə bilər.

4ff51WP_20130311_006-303x220“Ümumiyyətlə, son zamanlar bir çox mağaza sahibləri ilə bağlı istehlakçılardan şikayət alırıq. Bu sahibkarlar dövlət başçısının yaratdığı şəraitdən sui-istifadə edirlər, vətəndaşlarla kobud davranırlar”, – deyə E.Hüseynov vurğuladı.

Tanınmış hüquqşünas Tağı Hüseynov isə bildirib ki, əgər Nəsimi RPİ-nin əməkdaşları  ətraflı araşdırmadan qərar veribsə, bu qərardan da prokurorluq və məhkəmə orqanlarına müraciət etmək olar: “Bu cür münasibət də yolverilməzdir. Hüquq mühafizə orqanları son cavabı da əsas götürərək, məsələyə yenidən baxmalıdırlar. Burda başqasının əmlakını mənimsəmədən və dələduzluqdan söz gedir. Mağaza nümayəndəsi müştərini öz prinsiplərinə görə “cəzalandıra”, pulunu mənimsəyə bilməz”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın