Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Supermarketdə dava: “Ayə, Əhməd, çək bunları!” – VİDEO

Supermarketdə dava: “Ayə, Əhməd, çək bunları!” – VİDEO

Rusiyanın Surqut şəhərində ticarət müəssisələrində satışda olan ərzaqların və malların keyfiyyətinə könüllü istehlakçı nəzarətini həyata keçirən “Xryuşi protiv” proqramının çəkilişlərindən birində qalmaqal yaranıb.

Milli.az bildirir ki, alıcıların çoxsaylı şikayətlərindən sonra şəhərin Tümenski trakt 2 ünvanında yerləşən “Edem” supermarketinə yollanan çəkiliş qrupu sərt müqavimətlə razılaşıb.

Çəkilişi “Yuqra TV” telekanalının operatoru aparırmış.

Proqramın rəhbəri Aqata Qridinanın dediyinə görə, marketin əməkdaşları və “rəhbər”ləri olduqlarını deyən şəxslər onlara hücum çəkiblər.

Onlardan biri: “Ayə, Əhməd, çək bunları!” – deyib və çəkiliş qrupunu smartfonu ilə çəkməyə başlayıb.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın