Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Sahibkarlar Baş Prokurorluqda qəbulda oldular

Sahibkarlar Baş Prokurorluqda qəbulda oldular

Əmlakları dağıdılmış sahibkarlar Oktay İbrahim oğlu Əliyev, Qasım Məsimov, Oktay Qara oğlu İbrahimov və Vaqif Səfərov Baş Prokurorluqda qəbulda olublar. Sahibkarları Gədəbəy də daxil olmaqla 6 rayonun kuratoru Zakir Həmzəyev qəbul edib. Bu haqda “Yeni Müsavat”a açıqlama verən O.Əliyev deyib ki, onları diqqətlə dnləyiblər:

“Əvvəllər də hüquq-mühafizə orqanlarına şikayətlərimiz olmuşdu. Bildirmişdik ki, hər birimizin Gədəbəydə tam çıxarışlı obyektlərimiz olub və həmin obyektlər icra başçısı Ramiz Yediyarovun qanunsuz göstərişləri əsasında dağıdılıb, bizlərə heç bir kompensasiya ödənməyib”.

Sahibkar deyib ki, Z.Həmzəyev üzləşdikləri qanunsuzluqlar haqda məlumatlı olduğunu deyib: “Zakir Həmzəyev dedi ki, Gədəbəy prokuroru Allahverdi səfərov baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlamalı idi. Qeyd etdi ki, yeni təyin olunub və bizim şikayətlərimizdən xəbəri var. 5 aydır ki, bu işləri qaldırıb baxır, maraqlanır. Prokurora da zəng vurub ki, bu nə məsələdir. O da deyib ki, rayon icra başçısı ilə sahibkarlar arasında olan ziddiyyətdir, mən nə edim? Allahverdi Səfərov Zakir Həmzəyevə deyib ki, vətəndaşlara yolunu göstərmişik ki, gedib məhkəməyə şikayət etsinlər, kompensasiya tələb etsinlər. Biz də dedik ki, vətəndaşıq, obyektlərimiz qanunsuz sökülüb, mülkiyyət hüququmuz pozulub. Bununla bağlı cinayət işi başlanmalıdır. Mən kompensasiya tələb edəcəyəm, etməyəcəyəm bu məsələnin başqa tərəfidir, fakt bundan ibarətdir ki, obyektim qanunsuz sökülüb və bu cinayət əməlidir. Bu cinayət əməldirsə, niyə mənim obyektimi qanunsuz sökənlər azadlıqdadır? Bu günə qədər heç biri haqda ölçü götürülmür. Mən pulumu heç istəmirəm. Niyə obyektimi sökənlər cinayət məsuliyyətinə cəlb edilmir? Bir abzasda yazırlar ki, bəli, obyektlər qanunsuz sökülüb, o birində isə yazırlar ki, məhkəməyə müraciət edə bilərsən. Yəni təsdiqləyirlər ki, bu qanunsuzluq, özbaşınalıqdır, amma tədbir görülmür”.

Sahibkarlar ümid edirlər ki, Baş Prokurorluqdakı görüşdən sonra nəhayət ki, onların şikayətləri üzrə qanunamüvafiq araşdırmalar başlanacaq.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın