Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Şou Biznes / Şagirdi döyən müəllimədən şok cavab – “Dəlilik kağızım var…”

Şagirdi döyən müəllimədən şok cavab – “Dəlilik kağızım var…”

Göyçay rayon sakini Fəxriyyə Xasməmmədova tərəfindən Femida.az -a müraciət daxil olub. Vətəndaş müraciətində iddia edib ki, onun 11 yaşlı qızı orta məktəbdə müəlliməsi tərəfindən döyülüb.

“3 gün əvvəl qızım Aysu oxuduğu Göyçay Şəhər 5 saylı orta məktəbdə döyüldü. Həmin vaxt hadisənin üstündən keçdim. Bu gün həmin məktəbin tarix müəlliməsi Aytəkin Mikayılzadə qızımı daha kobud şəkildə təhqir edib və başını dəfələrlə partaya vurub. Bütün bunlar şagirdlərin gözü qarşısında olub. Hazırda uşağı ekspertizaya gətirmişik”, – deyə müraciətdə bildirilir.

Fəxriyyə Xasməmmədova müəlliməyə ondan şikayət edəcəklərini dedikdə qəribə cavabla qarşılaşıb.Tarix müəlliməsi valideynə bildirib ki, hara istəsələr, şikayət etsinlər, onsuz da onun dəlilik kağızı var.

Xatırladaq ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə və Göyçay Rayon Polis İdarəsinə rəsmi ərizə ilə müraciət olunub.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın