Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Şərəfli müəllim peşəsinin “şərəfli” maaşı

Şərəfli müəllim peşəsinin “şərəfli” maaşı

“Biz yeganə millətik ki, müəllimə pul veririk uşağımız cahil qalsın”- Ç. Abdullayev

Bu gün 15 sentyabr Azərbaycanda yeni tədris ilinin ilk günüdür. Yazıya başlamadan əvvəl bu münasibətlə əlaqədar şəxslərin hamısını canı-könüldən təbrik edir, onlara bol-bol uğurlar arzulayıram. Təhsil hər kəsə vacib olan bir sahədir. Ən qabaqcıl ölkələrdə, təhsil müqəddəs bir sahə kimi giymətləndirilir.

Bu sistemdə işləyənlər; -pedaqoqlar ən başda peşəsinin nə qədər şərəfli olmasının fərqinə varmalıdırlar. Amma geyd edək ki, öyrətmək və ya öyrədə bilmək üçün, öncə öyrənmək lazımdır. Azərbaycanda orta məktəblərdə çalışan müəllimlərin əsasda orta ixtisas təhsilli müəllimlərin əksəriyyəti ödəniş hesabına “diplom” alanlar təşkil edir ki, bu da praktiki olaraq savadsızlığın bünövrəsi hesab olunur. Orta ixtisas təhsilli müəllimlərin içində savadlı kadrlarda mövcuddur amma onları samanlığda iynə taparcasına tapa bilərik. Bizim təhsilimiz yaxın keçmişdə məhv edilib. Bunu hal-hazırda aydın şəkildə müşahidə etmək olar.

Rüşvət heç bir halda qəbuledilməz və yolverilməzdir. Təhsil sahəsində rüşvət isə milləti uçurumun bir küncünə çəkib arxadan badalaq atmaq kimi bir şeydir. Bu gün Azərbaycan təhsilində kifayət qədər savadsız müəllimlər var ki, bu da şikəst bir gələcək vəd etməkdən başqa bir şey deyil. İkinci böyük problem isə, valideyn büdcəsidir. Dünəndən sosial şəbəkələrdə valideynlərin ahu-zarını sanıram hər kəs görmüş olmalıdır. Belə ki, aşağı sinif şagirdləri olan ailənin hər bir şagirdinə 54 manat vəsait xərclənməyi tələb olunur ki, bu da 3 məktəbli övladı olan və günəmuzd fəhlə işləyən bir ata üçün 8 iş günün pulu edir. Hələ bu şagirdlərin gündəlik “cib pulu” (bu neçəsə qəpikdən, neçəsə manata qədər dəyişə bilər) var. Bufetdən nəsə alıb “atışdırmaq” üçün. Birdə bunları təhsil müəssisələrinə qədər ötürəcək yol pulu. Demək bir uşağı orta statistik göstərici ilə aztəminatlı ailələrin məktəbə yola salması həmin ailə üçün böyük sıxıntıya səbəb olur ki, bu da təhsildən imtina problemlərini ortaya qoyur.

Şərəfli peşənin “şərəfli” maaşı. Dərs yükünün həddən artıq az olmasına baxmayaraq həftə ərzində 5 gün məktəbdə çalışmağa məcbur olan müəllim, fəhləlik etməkdəndə uzaqlaşır (saat 12-1 də heç kim sizi tikinti və ya başqa sahədə işə götürməz) və dövlətin ona bağladığı 250 manat maaşına boyun əymiş olur. Təbii ki, 250 manat maaş müəllimin ay ərzində geyindiyi geyimə çatmır nəinki yeməyinə. Müəllimdə bir ailə başçısıdır və onların da pula ehtiyacı var. Bundan çıxış yol olaraq məktəbdə ümumi şagirdlərin biliklərinə qənaət edib , evinə və ya haradasa təşkil etdiyi əlavə fərdi dərslərə , məşğələlərə cəlb etdiyi şagirdə saxlayır ki, məktəbdəki aztəminatlı, məşğələyə getməyə pulu olmayan şagirdləri təhsildən soyutmuş olur. Dərsdəki “barbarlığ” Bu hissədə isə, həmin “şərəfli” maaşı almağa razı olan və məktəbə sadəcə vaxt itirməyə gələn müəllimlər haqqında danışmaq istəyirəm. 10 il öncə də bu problemlər gündəmdə idi. Zəng çalınır, müəllim sinifə daxil olur. Oturur 10 dəqiqə jurnalı varaqlayır. Bu arada şagirdlərdə hərəsi öz sosial problemlərini həll etməklə məşğuldurlar. Kimisi arxa partada siqaret çəkir, kimisi qızlara söz və bəzəndə atasının əziyyətlə aldığı riyaziyyat dəftərindən cırdığı varağları büküb atır. 10 dəqiqə tamam olandan sonra müəllim saata baxır 35 dəqiqə qalmasını görüb sevinir. Bir dəfə öskürür, uşaqlar yerini tutdu. Başlayır dərsdən 360 km uzaq olan bir sual verməyə.

Məsələn ; -Gördüz? Çində bir oğlan anasını selin ortasında necə saxlamışdı? Bütün uşaqlar başlayır həftəlik xəbər icmalını müəllim üçün danışmağa. 2-ci öskürək səsi 5 dəqiqə qalmış eşidilir. Ardınca Bəli, uşaqlar, yığışdıraq bazarı. Deməli belə, bu günkü dərsimiz “Qütblər”dir. Qütblər barəsində 4 dəqiqə danışandan sonra jurnalı yığıb qapıdan çıxmış olur. Belə müəllimlərə isə niyə dərs keçmədiyini soruşanda, dövlət mənə nə maaş verir məndə elə dərs verirəm cavabını almış olursan. Valideyin fərsizliyi İmkanı bir az yaxşı olan valideyin uşaqlarına çox pul verirlər ki, bu da onun uşağı ilə digər uşaqların arasında gözəgörünən fərq yaradır.

Kasıb ailənin uşağı ona baxıb ailəsindən daha çox pul almağa çalışır. Bu baş tutmayanda şagird məktəbdən soyuyur və təhsildən boyun qaçırmış olur. Tövsiyyə Xahiş olunur ki, imkanlarınızı məktəbdən sonrakı vaxta sərgiləyin uşaqlarınıza. Və nəhayət. Yuxarıdakı problemlər həllini tapmayınca, Azərbaycan heç bir zaman beynəlxalq təhsil normativləri ilə ayaqlaşa bilən kadr yetişdirə bilməz ki, bu da hər sahədə xaricdən mütəxəsis idxalına təkan vermiş olar.

Elməddin RAHİBOĞLU

Azinforum.az

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın