Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Şou Biznes / Rüfət Səfərovun vəkili jurnalistlərdən narazıdır

Rüfət Səfərovun vəkili jurnalistlərdən narazıdır

“Deyəsən bəzi həmkarlarınız stəkanda fırtına yaratmağa meyl göstərirlər”

Ötən gün Zərdab rayon prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun vəkili Bəhruz Bayramova istinadən bəzi xəbər saytlarında belə bir yazı getmişdi ki, ev dustaqlığına buraxılmış Rüfət Səfərova davamlı təhdid zəngləri gəldiyindən onlar yenidən hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşırlar.

Amma Bəhruz Bayramov Moderator.az – la əlaqə saxlayaraq saytlarda təhrifə yol verildiyini, onun adından şişirdilmiş ifadələrin yazıldığını bildirib. Vəkilin bildirdiyinə görə bəzi jurnalistlər sanki qəsdən bu məsələni daha da böyütmək və Rüfət Səfərova zərər vurmaq niyyəti güdürlər, yaxud sadəcə bilmədən ev dustaqlığına buraxılsa da istintaq altında olan müvəkkilinin vəziyyətini mürəkkəbləşdirirlər:

“Bildirmək istəyirəm ki, doğrudan da ona müxtəlif açıq və gizli nömrəli telefonlardan qadın və kişi olmaqla müxtəlif təhdidedici, təhqiredici zənglər olub və biz buna görə Binəqədi rayonu 5-ci polis bölməsinə rəsmi ərizə ilə müraciət etmişik. Bu zənglər yanvarın 26 – 27 – də olub və bizim polisə müraciətimizdən sonra bu zənglər kəsilib. Biz araşdırmaların nəticələrini gözləyirik. Amma deyəsən sizin bəzi həmkarlarınız gözləmək fikrində deyillər və stəkanda fırtına yaratmağa meyl göstərirlər. Onları səbrli olmağa çağırıram və ümid edirəm ki, istintaq altında olan Rüfət Səfərovla bağlı məlumatları onun özündən deyil, məndən almaqla kifayətlənəcəklər, eyni zamanda yalnız dediklərimi yazacaqlar, ürəklərindən keçəni deyil…”

Həmçinin oxuyun

“Camaatın cibində pul var ki, toy edə?” – Niyam Salami

Müğənni Niyam Salami “Hər səhər Mətanətlə” proqramında qonaq olub.Müğənni həmkarlarının toyla bağlı narahatçılıqlarına etiraz edib:“İndi …

Bir cavab yazın