Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “Raquf Orucov Kuboku” turniri keçiriləcək

“Raquf Orucov Kuboku” turniri keçiriləcək

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi və “Judo Club 2012”nin təşkilatçılığı ilə aprelin 20-də 21 yaşadək oğlanlar və qızlar arasında cüdo üzrə klub komandaları arasında beynəlxalq turnir keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, turnir aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun və digər hərbçilərimizin əziz xatirəsinə həsr edilib.

“Raquf Orucov Kuboku” turnirində Azərbaycan ilə yanaşı, Rusiya, İran və Gürcüstanın klub komandaları da iştirak edəcəklər.

Turnir Bakı İdman Sarayında təşkil olunacaq.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın