Topaz Premyer Liqası XVII turu çərçivəsində keçirilən “Qarabağ” – “Sumqayıt” matçında xoşagəlməz hal yaşanıb.
İdmanxeber.com-un “Azersun Arena”da olan əməkdaşının verdiyi məlumata görə, matçın 79-cu dəqiqəsində yan xətt hakimi bayrağını qaldıraraq qonaqların leyhinə cərimə zərbəsi təyin edib.
“Qarabağ”ın futbolçuları isə buna etiraz edib. Kapitan Rəşad Sadıqov isə narazılığını hakimə tüpürərək bildirib.
Xatırladaq ki, oyun 2:2 hesablı bərabərliklə başa çatıb.