Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Qusar sakini helikopter düzəltdi – VİDEO

Qusar sakini helikopter düzəltdi – VİDEO

“Siqaretə verilən puldan helikopter ixtira etmişəm”
Qusar rayonu Samur qəsəbə sakini Mirzəxan İmamquluyev 10 ildir ki, üzərində çalışdığı helikopteri ərsəyə gətirib.
ARB TV xəbər verir ki, Helikopterin hazırlanmasının isə maraqlı tarixçəsi var. Belə ki, 67 yaşlı ixtiraçı uzun müddət siqaret aludəçisi olub. 3 dəfə əməliyyat keçirdikdən sonra həkim məsləhəti ilə zərərli vərdişdən qurtulub. Ona xərclədiyi pula isə ehtiyyat hissələri alaraq helikopter hazırlamaq qərarına gəlib.
Mirzəxan İmamquluyev – ixtiraçı: “10 il ərzində pula qənaət etmişəm. Həmdə ki, sağlamlığa da xeyri olub. Siqaretə verilən puldan isə helikopter ixtira etmişəm”.
Helikopteri ayağa qaldırmaq isə hələ ki, mümkün olmayıb. Bunun üçün lazım olan avadanlıqlar isə ölkəmizdə yoxdur.
Mirzəxan İmamquluyevin ixtiraları isə bununla kifayətlənmir. O, fındıq təmizləyən qurğu ixtirası ilə fındıqların təmizlənməsi işini asanlaşdırıb. Qurğu üçün avtomobilin ehtiyyat hissələrindən istifadə edən ixtiraçı cihazı daha da təkminləşdirmək istəyir.
Qəhrəmanımız daha bir texnikanın üzərində çalışır. Həmin cihazla həm ot biçmək, həm də yer şumlamaq mümkün olacaq.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın