Bu gün Qubada bir qrup sakin qiymətlərin bahalaşmasına etiraz olaraq aksiya keçirib.
“Qafqazinfo” “Azadlıq” radiosuna istinadən xəbər verir ki, aksiyaçılar işsizlikdən əziyyət çəkdiklərini, bank kreditlərini ödəyə bimədiklərini, ünvanlı sosial yardım ala bilmədiklərini bildiriblər. Yerli icra başçısı və müavinləri aksiyaçıları dinləyəndən sonra onlardan dağılışmağı istəyib.
Bundan bir neçə saat əvvəl polis xəbər yayıb ki, onlara Quba Cümə məscidinə bomba qoyulması haqda məlumat daxil olub.