Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Şou Biznes / Qrip virusu məqsədli şəkildə yayılır? – Açıqlama

Qrip virusu məqsədli şəkildə yayılır? – Açıqlama

İlin müəyyən vaxtlarında dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda qrip virusu geniş şəkildə yayılmağa başlayır və bir müddət davam edir.

Qrip bir çox hallarda ağır keçdiyindən insanlar həkimə müraciət etməyə, müxtəlif dərman vasitələrindən istifadə etməyə məcbur olurlar.

Cəmiyyətdə belə bir fikir də formalaşıb ki, qrip virusu dərman istehsal edən iri beynəlxalq şirkətlər tərəfindən dərman vasitələrinin satılması üçün məqsədli şəkildə yayılır.

Məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə deyib ki, bu iddiaların heç bir əsası yoxdur: “Bu heç bir halda məntiqə sığan iddia deyil. Dərman şirkəti qripi necə yaya bilər?! Və yaxud da belə bir hərəkətin ağır cinayətə bərabər olduğunu hər kəs bilir. Bu baxımdan bu heç bir əsası olmayan iddiadır”.

M.Quliyev bildirib ki, qrip virusu, o cümlədən digər hava damcı infeksiyaları fəsil dəyişən zaman aktivləşir: “Ötən ilin sonu və bu ilin əvvəlində dünyada qrip epidemiyası yayıldı. Azərbaycanda da bu virus xeyli yayıldı, ancaq geniş epidemiya xarakteri almadı”.

Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev da qripin qəsdən yayılması ilə bağlı iddiaların əsassız olduğunu bildirib. O qeyd edib ki, qrip xəstəliyi mövsümi xarakter daşıyır. İ.Ağayevin sözlərinə görə, ekvatorun ətrafında yerləşən ölkələrdə qrip yayda da yayılır: “Qrip törədici virusdur və o da müəyyən vaxtlarda aktivləşir. Qrip virusunun qəsdən yayılması mümkünsüzdür. Sadəcə insanlar özlərini qripdən qorumalıdırlar. Əgər kimsə qrip tutursa, onunla bir otaqda oturan, özünü qorumayan insan da təbii ki, qripə yoluxacaq. Bu qəsdən yoluxma deyil ki”.

Həmçinin oxuyun

Faiq Ağayev məşhurluğu tualet kağızı ilə müqayisə etdi – VİDEO

“Məşhurluq mənim üçün göstərici deyil”. Bu sözləri Xalq artisti Faiq Ağayev deyib. Müğənni sosial şəbəkədə …

Bir cavab yazın