Cümə axşamı , May 28 2020
Ana səhifə / Şou Biznes / Qax rayonunda Yunus Əmrənin məzarı aşkar olunub – VİDEO

Qax rayonunda Yunus Əmrənin məzarı aşkar olunub – VİDEO

Oncallı kəndinin Oğuz qəbirstanlığında dəfn olunan Yunus Əmrə və onun mürşidi Hacı Tapdığın məzarları həmin qəbirstanlığı ziyarətgaha çevirib. Anadolu türkcəsində yazan Şeyx Yunus Əmrənin şeirlərinin dil xüsusiyyətləri Oğuz türklərinin məkanı olan Qax rayonunun Oncallı kəndində çox sevilirdi.

Söylənilir ki, Yunus Əmrə bir-neçə nəfərlə Anadoludan səfərə çıxıb və Qaxda yaşayıb-yaratmağı qərara alıb. 2010-cu ildə Türkiyənin o vaxtki prezidenti Abdullah Gül də məzarı ziyarət etmək üçün bura səfər edib.

Yunus Əmrə və mürşidi Hacı Tapdıq Oncallı kəndində fəaliyyət göstərdikləri dövrlərdə nüfuz sahibi olub, hər kəs tərəfindən hörmət qazanıblar. Onlar sanki öləcəklərini əvvəlcədən bilirdilər. Oncallı kəndində xəstəlik yayılır və insanların kütləvi qırılması baş verir. Bunu görən Yunus Əmrə və mürşidi məzarlıqda yerin qalmayacağın görərək, əvvəlcədən özlərinə yer seçirlər.

Onu qeyd edək ki, Türkiyə Mədəniyyət Nazirliyinin müşaviri Feyzulla Budaqlı Qaxda olarkən Oncallıdakı qəbirstanlığa getmiş, Yunus Əmrə və Hacı Tapdığının qəbirlərini gördükdə heyrətlə demişdir; Türkiyədə Yunus Əmrəyə istinad edilən qəbrlərin sayı bəlkə də 20-dən çoxdur. Lakin Türkiyədəki həmin 22 qəbrin heç birinin yaxınlığında əfsanələrin, rəvayətlərin təsdiqi olaraq Tapdıq babanın qəbri yoxdur. Deməli məşhur el şairinin qəbrinin yeri barədə söylənilən ehtimalların ən ağıla batanı Qaxın Oncallı kəndidir.

Həmçinin oxuyun

“Bıçağı əlinə alıb, üstümə düşdü” – Ulvira estetik əməliyyatından danışdı

Şou-biznesdə plastik əməliyyat masasına uzanan məşhurların sayı günbəgün artır. Onların plasik əməliyyat keçirməsi haqqında mediada, …

Bir cavab yazın