Bu barədə AzNews.az-a onun özü məlumat verib. Sahib Məmmədovun sözlərinə görə, buna səbəb Ukrayna Respublikasının S.Kuznets adına Xarkov Milli İqtisad Universitetində təhsil alan oğlu Orxan Məmmədzadənin diplomunun ölkə ərazisində tanınmamasıdır:

“Oğlum bu universititetə 2011-ci ildə qəbul olunub. Həmin təhsil müəsissəsi dövlətin tabeliyindədir və Azərbaycanda tanınır. Oğlum 4 il Ukraynada oxuyub və həmin universiteti bitirib. 2015-ci ildə oğlum Bakıya gəldi. 2016-ci ilin fevral ayında mən oğlumla bağlı olan sənədləri rəsmi qaydada Təhsil Nazirliyinin Akkreditasiya ə Nostrifikasiya İdarəsinin göndərdim.”

Sahib Məmmədov qeyd edib ki, qanuna görə bir aya cavab verilməli idi, amma: “Üstündən 4-5 ay keçməsinə baxmayaraq, bizim ünvana müraciətlə bağlı heç bir sənəd göndərilmədi. Məcbur olub özüm maraqlanırdım. Müxtəlif bahanələrdən sonra 2016-ci ilin iyun ayında oğlumu Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə dəvət etdilər. Orada ona bildiriblər ki, sizin təhsil aldığınız müəsissənin diplomu Azərbaycanda tanınmır. Mən də buna görə Təhsil Nazirliyi ilə yanaşı həm də Akkreditasiya və Nostrifikasiya İdarəsini məhkəməyə vermişəm”.

Sahib Məmmədov hazırda işin Apelyasiya Məhkəməsində olduğunu dedi.