Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Abel Məhərrəmov müxalifət qəzetinə aylıq xərac ödəyib… – İddia

Abel Məhərrəmov müxalifət qəzetinə aylıq xərac ödəyib… – İddia

Virtualaz.org saytında yayınlanan məqalədə iddia olunur ki,  2013-cü ildən 2016-cı ilə kimi Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov “Azadlıq” qəzetinə  aylıq xərac verməyə məcbur edilib.

Saytın iddiasına görə, 2013-cü ildə BDU tələbələri universitetdə korrupsiya hallarının dayandırılması tələbi ilə mitinqə çıxıblar. Tələbələrin bu çıxışlarından istifadə edən “Azadlıq” qəzeti universitetdə yaranmış acınacaqlı vəziyyət barədə məqalələrin dərcinin anonsunu verib. Həmin anons işıq üzü gördükdən sonra universitetin təsərrüfat-inzibati işlər üzrə prorektoru Nəbi Ramazanlı Qənimət Zahidlə əlaqə yaradıb.

Nəbi Ramazanlı Qənimət Zahidlə görüşüb və Abel Məhərrəmov barədə tənqidi məqalələr yazmamağı xahiş edib, lakin Q.Zahid bu xahişi yerinə yetirməkdən boyun qaçırıb. Q.Zahid qarşı təklif edib – rüşvət müqabilində BDU və Abel Məhərrəmov barədə tənqidi yazıların dayandırılması. 2013-cü ildən başlayaraq, A.Məhərrəmov Qənimət Zahidə aybaay pul vəsaiti göndərərək, “Azadlıq” qəzetinin səhifələrində A.Məhərrəmov və BDU haqqında tənqidin yerləşdirilməməsinə nail olur. Q.Zahidlə A.Məhərrəmovun bu əməkdaşlığı 2016-cı ilin mart ayına qədər davam edib.

Azinforum.az  virtualaz.org saytının yaydığı məlumatda adları çəkilən bütün şəxslərin mövqeyini dərc etməyə hazır olduğunu bildirir.

Azinforum.az

 

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın