Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Şou Biznes / Qaçqınkom yataqxanada baş verən yanğınla bağlı açıqlama yayıb

Qaçqınkom yataqxanada baş verən yanğınla bağlı açıqlama yayıb

Sumqayıt şəhərində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğın nəticəsində ölən və yaralananlar yoxdur.

Trend-in verdiyi məlumata görə, bu haqda Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yaydığı açıqlamada deyilir.

Açıqlamada qeyd edilir ki, hadisə baş verən zaman Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini və digər məsul şəxsləri həmin ərazidə olublar.

Hazırda Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş vermə səbəbləri araşdırılır. Bundan sonra müvafiq dövlət orqanları ilə birlikdə lazımı tədbirlər görüləcəkdir.

Qeyd edək ki, dünən gecə Sumqayıt şəhərində beşmərtəbəli yataqxanada yanğın baş verib.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın