Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Şou Biznes / Qərib Məmmədovun işdən qovulan keçmiş işçisi ilginc faktları açıqladı

Qərib Məmmədovun işdən qovulan keçmiş işçisi ilginc faktları açıqladı

Azinforum.az-ın məlumatına görə, DİA.AZ saytına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin işçilərindən biri tərəfindən müraciət daxil olub. Müraciət müəllifi deyir:

“Mən Samux rayon Sərkar kənd sakini Məmmədov Mosu Firdovsi oğlu 2013-cü ildən keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu və Lahiyə İnstitutunun Gəncə Rayonlararası Yerquruluşu İdarəsində mühəndis vəzifəsində çalışıram.

Sizə müraciyət etməyimin səbəbi son vaxtlar idarə müdiri Orucov Samir Aydın oğlunun etdiyi özbaşınalıqlardır,belə ki işçilərin fevralın 1-dən bu günə kimi əməkhaqqı almamaları bir tərəfə, digər tərəfdən idarədə işçi ixtisarı başlayıb. Ötən həftə müdirin qeyri obyektiv olaraq mənə “işdən azadsan, get özünə iş axtar” deməsi məni təəcübləndirdi. Mən səbəb soruşanda mənə “işi bilmirsən, çölə çıxıb aparatları öyrənməmisən” dedi. Mən isə cavab olaraq işlədiyim müddətdə tək mənim yox heç kimin aparatla gedib rayonlarda iş görmədiyini, otaq şəraitində işlərin işləndiyini və mənim də bu vəziyyətdə az çox işlədiyimi işlədiyim vaxtda uyğun işi öyrəndiyimi dedim.Cavabında isə bütün idarə işçiləri çöl şəraitində işi gördüyünü dedi. Mən isə bunun yalan olduğunu, aparatların müxtəlif şirkətlərdə arendada olduğu, sıradan cıxıb idarədə yararsız qaldığı
halda 70 nəfərə təmir üzü görməyən 1 UAZ markalı köhnə maşınla necə gördün ki, heç kim onu görmədi – dedim.

On min manatlarla yanacaq pulunu dövlətdən alıb 30 nəfərdən artıq müxtəlif yerlərdə ticarət obyektlərində çalışan (qeyd edim ki özü də əvvəllər ticarətçi idi – Gəncə bazarında şalvar satırdı) işçini buraxıb əmək haqqını isə artıqlaması ilə alıb mənimsədiyini – deyəndə idarə rəisinin mənə cavabı çox qısa oldu: “mənim “krışa”mın balacasının Gəncə şəhər Telekomunikasiya idarəsinin rəisi Əbülfəz Orucovdur”.

Qeyd edim ki, dövlətin yüksək çinli məmurunun yerdəki kiçik kadrlarının bu cürə özbaşına hərəkətləri məni çox məyus edir. Mən isə dövlətimə və onun prezidentinə inanıram dövlətimin bu günkü inkişafı bunun əyani sübutudur və mən bu barədə artıq prezidentimizə müraciət etmişəm. Sizdən isə mənim səsimə səs verib dövlətə və mənim kimi sadə vətandaşlara ziyan verən bu kimi məmurun cəzasına çatmasında mənə köməklik edəsiniz”.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın