Şənbə , Noyabr 28 2020
Ana səhifə / Şou Biznes / “Piyadanı gözümüzün önündə vurub, yolun kənarına atdı” – FOTOLAR

“Piyadanı gözümüzün önündə vurub, yolun kənarına atdı” – FOTOLAR

“Öz kefləri ilə işləyirlər, küçələrdə qalırıq” – Bu sözləri şikayətçilər Xətai və Nizami rayon ərazisi üzrə çalışan 12 nömrəli marşrut avtobusunun sürücüləri haqqında deyiblər. 
Məsələ burasındadır ki, bəhs etdiyimiz marşrut avtobuslarının sürücüləri axşam saatlarında işləmirlər. Saat 22:00-dan sonra bu avtobusları dayanacaqda görmək çətinləşir. Nəzərə alsaq ki, bu avtobusun işlədiyi xətt üzər alternativ avtobuslar da yoxdur. Belə olduğu təqdirdə sakinlər evlərinə getməkdə çətinliklərlə üzləşirlər.
Xətai rayonu, Cavanşir küçəsinə sadəcə bu avtobus gəlir. İş qrafiki 23:00-da bitməli olan avtobusları nədənsə 22:00-dan sonra tapmaq müşkül məsələyə çevrilib.
Musavat.com saytına şikayət edən Xətai rayon sakinləri, problemin həll olunmasını tələb edirlər.
Şikayətçi sakinlərdən biri olan Dadaş Səfərov deyir ki, avtobuslar düzgün qrafiklə işləmədiyi üçün hər gün evinə taksi ilə getməli olur: “Mən işdən saat 10-da çıxıram. Metro ilə gəlirəm “Əhmədli” stansiyasına. Normalda 5 dəqiqə intervalla gəlməli olan avtobus ya yarım saatdan sonra gəlir, ya da heç gəlmir. Hamısı qaraja gedir. Cavanşir küçəsinin axırında yaşayıram. Ora da 12 nömrədən başqa heç bir marşrut getmir. Məcbur qalıb taksi ilə gedirəm. Bu da indiki dövrdə ailə büdcəmə güclü ziyan vurur. Bəzən küçənin başına qədər başqa marşrut avtobusu ilə gedirəm. Sonra da o yolu axıra qədər piyada… Onsuz da ağır iş rejimim var, bir də yorğun halda piyada yol getmək çətin olur”.
Şikayətçi sakinlər əvəzedici marşrut avtobusu istəyirlər: “Ümumiyyətlə biz bu avtobuslardan narazıyıq. Köhnə, hər tərəfi toz-torpaq, mikrob içində, ayda bir dəfə də olsun təmizlənməyən avtobusları veriblər ki, adam daşısınlar. Oturacaqlar köhnəlib, dağılıb. Ya bunlara nəzarət edilməli və normal işləmələri üçün tapşırıq verilməlidir, ya da ikinci bir marşrut avtobusu olmalıdır. Məsələn, eyni xətt üzrə “BakuBus” şirkətinin avtobusları da verilə bilər. İnsan kimi gedib-gələrik.
Sürücülər avtobusu təhlükəli idarə edirlər. Keçən dəfə elə bizim marşrut avtobusunun sürücülərindən biri əks istiqamətdə yola çıxdı və piyada keçidini keçən bir nəfəri gözümüzün önündə vurub, yolun kənarına atdı. Vəhşi kimi avtobus sürürlər. Qaydaya görə, 23:00-a qədər işləməlidirlər. Buna əməl etsələr də, azdır. Burada yüzlərlə ailə yaşayır. Gün gecə saat 24.00-da bitir. Bunlar da digərləri kimi o saata qədər işləməlidirlər”.
Sürücülər isə hər şeyi inkar edirlər: “Bizim iş saatlarımız var. Saat 23:00-a qədər işləyirik, sonra iş vaxtımız başa çatır. Deyilənlər yalandır”.







Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …

Bir cavab yazın