Ana səhifə / Şou Biznes / Ötən il təqaüd alan yaşlı və gənc yazıçıların sayı MƏLUM OLDU

Ötən il təqaüd alan yaşlı və gənc yazıçıların sayı MƏLUM OLDU

Yaşlı və gənc nəsil yazıçıların, rəssamların və bəstəkarların xüsusi təqaüd fondu üzrə nəzərdə tutulmuş vəsaitin icrası 2016-cı ildə 588,0 min manat təyinata qarşı 587,1 min manat və ya 99,8% olub. Bu da 2014 və 2015-ci illərin müvafiq göstəricisi ilə eyni olub və həmin məqsədlə 2010-2016-cı illərdə ümumilikdə 4112,1 min manat vəsait xərclənib.

Modern.az-ın məlumatına görə, bu haqda “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının verdiyi rəydə qeyd edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin “Yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondu haqqında” 6 avqust 2007-ci il tarixli Fərmanına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hər il yazıçıların yaşlı nəslindən 130 nəfər üçün ayda 300 manat, gənc nəslindən 50 nəfər üçün isə 200 manat məbləğində təqaüd ödənilib.

Həmçinin oxuyun

Alim Qasımov kilsədə azan oxudu (VİDEO)

Xalq artisti Alim Qasımov sosial şəbəkə paylaşımı maraqla qarşılanıb.Qaynarinfo–nun məlumatına görə, xanəndə Almaniyada kilsədə azan oxuyub.Həmin …

Bir cavab yazın