Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Şou Biznes / Orta ümumtəhsil və ali təhsil haqqında qanun layihələri hazırlanacaq

Orta ümumtəhsil və ali təhsil haqqında qanun layihələri hazırlanacaq

“İlk peşə-ixtisas təhsili haqqında” qanun layihəsi hazırlandıqdan sonra orta ümumtəhsil və ali təhsil haqqında qanun layihələrinin hazırlanması gündəmə gələcək.

APA-nın məlumatına görə, bu barədə bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri İsa Həbibbəyli bildirib.

İ. Həbibbəyli deyib ki, qanun layihələri müvafiq olaraq mərhələlərlə hazırlanır: “Biz ilk olaraq “Elm haqqında” qanun layihəsini qəbul etdik. Daha sonra “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi hazırlandı. Yaz sessiyasında bu qanun layihəsinin ikinci və üçüncü oxunuşda müzakirəyə çıxarılması nəzərdə tutulub. Yaz sessiyası dövründə “İlk peşə-ixtisas təhsili haqqında” qanun layihəsinin hazırlanması üzərində iş gedəcək. İlk peşə-ixtisas təhsili haqqında” qanun layihəsi hazırlandıqdan sonra orta ümumtəhsil və ali təhsil haqqında qanun layihələrinin hazırlanması gündəmə gələcək. Biz bu sahədə məntiqə uyğun, ardıcıllıqla fəaliyyət göstəririk”.

Qeyd edək ki, bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədrinin müavini, millət vəkili Bəxtiyar Əliyev “Ali təhsil haqqında” qanunun hazırlanmasını təklif edib.

Həmçinin oxuyun

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi

“Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib. Yenisabah.az xəbər …

Bir cavab yazın