Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Prezident müharibə iştirakçıları ilə bağlı fərman verdi

Prezident müharibə iştirakçıları ilə bağlı fərman verdi

Prezident İlham Əliyev Böyük Vətən müharibəsi iştirakçıları və əlilləri, digər dövlətlərin ərazilərində gedən hərbi əməliyyatlarda iştirak edənlər, həlak olmuş hərbi qulluqçuların ailələri üçün güzəşt və təminatların qarşılıqlı tanınması fhaqqında 1994-cü il 15 aprel tarixli Sazişə əlavə və dəyişikliklər edilməsi barədə Protokolun təsdiqi haqqında fərman verib.

Sərəncamda qeyd edilir:

1. Böyük Vətən müharibəsi iştirakçıları və əlilləri, digər dövlətlərin ərazilərində gedən hərbi əməliyyatlarda iştirak edənlər, həlak olmuş hərbi qulluqçuların ailələri üçün güzəşt və təminatların qarşılıqlı tanınması haqqında 1994-cü il 15 aprel tarixli Sazişə əlavə və dəyişikliklər edilməsi barədə 2015-ci il oktyabrın 30-da Düşənbə şəhərində imzalanmış Protokol təsdiq olunsun.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərsin.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın