Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “Nuriyyə Əhmədovanın yas mərasimini keçirməyə pul tapılmır”

“Nuriyyə Əhmədovanın yas mərasimini keçirməyə pul tapılmır”

“Xalq artisti Nuriyyə Əhmədovanın yas mərasimini keçirmək üçün ailə üzvləri pul tapmır”.

Lent.az-ın məlumatına görə, bunu aktyor Elnur Kərimov bildirib. Sosial şəbəkədə status yazan aktyor qeyd edib ki, xalq artistinin yas mərasimini keçirtmək üçün pul lazımdır: “Aldığım məlumata görə, xalq artisti Nuriyyə Əhmədovanın yas mərasimini keçirmək üçün ailə üzvləri pul tapmır. Çox acınacaqlı vəziyyət yaranıb. Axı yas mərasiminə lazım olacaq məbləğ o qədər də çox deyil. Niyə axı bu cür münasibət? Allah kömək olsun. İnşallah, yardım edən tapılar”.

Qeyd edək ki, N. Əhmədova 1 saylı Klinik Şəhər Xəstəxanasında ürək çatışmazlığından vəfat edib.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın