Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Salyanda  İcra Hakimiyyəti öz namizədini deyil, Əliağa Hüseynovu niyə təbliğ edir?

Salyanda  İcra Hakimiyyəti öz namizədini deyil, Əliağa Hüseynovu niyə təbliğ edir?

59 saylı Salyan Seçki dairəsi üzrə aparılan təbliğatda ciddi pozuntular aşkarlanıb. Bu barədə GUNDEMİNFO.AZ-a məlumat verən saylanlılar bildiriblər ki, Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının yerli təşkilatı öz namizədinin deyil, bitərəf bir namizədin təbliğatı ilə məşğuldur. Sosial şəbəkəldərdə və internet üzərində aparılan təbliğatda Salyan RİH-nin başçısının müavini Rəşad Cəbrayılov xüsusi aktivliklə iştirak edir.

Daxil olan məlumata görə, YAP-ın bu dairədən deputatlığa namizədliyini irəli sürdüyü Salyan Rayon Xəstəxanasının həkimi İlqar Ağabəyova heç bir dəstək göstərilmir. Məlumata əsasən hətta YAP-ın Salyan rayon təşkilatının sədri və başçının müavini olan Rəşad Cəbrayılov partiyanın yerli qərargahını da bitərəf namizədin xeyrinə işlədir.

Bu bitərəf namizəd isə uzun illər Azərbaycanın hərbi komissarı işləmiş Əliağa Hüseynovdur. Ə.Hüseynovla bağlı bütün təbliğatı YAP həyata keçirir deyən mənbə israrla bu barədə toplanan məlumatların Mərkəzi Seçki Komissiyasına təqdim edilməsini istəyir. İnformasiyalara əsasən Əliağa Hüseynovun yerlərdə seçicilərlə bütün görüşlərini də YAP və İcra Hakimiyyəti təşkil edir.
Qeyd edək ki, müvafiq olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq icra hakimiyyətində işləyən vəzifəli şəxslərin seçkilər dövründə hansısa namizədin xeyrinə təbliğat aparması qanun pozuntusu kimi qəbul edilir. Onu da qeyd edək ki, yazılanlarla bağlı olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Teref.info – Yerli əhalidən keçirilən sorquya əsasən məlum olub ki, Əliağa Hüseynovun bu illər ərzində Salyan rayon sakinlərinə heç bir kömək etmədiyinə görə əhalinin arasında heç bir hörməti olmadığı üzə çıxıb. Əhali YAP-ın namizədi sayılan lakin YAP tərəfindən heç bir təbliğatı aparılmayan İlqar Ağabəyovu seçmək istəyir. İlqar həkimin əhali arasında böyük hörməti var.
Əliağa müəllim isə deyəsən bu seçkidə heç bir təbliğat kömək etməyəcək. Salyanlılar onu istəmir.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın