Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Şou Biznes / Nehrəmli Hacı İbrahim: “Daxmada yaşayıb ucuz paltar geyinəsi deyiləm ki?”

Nehrəmli Hacı İbrahim: “Daxmada yaşayıb ucuz paltar geyinəsi deyiləm ki?”

İflasa uğramış fantastik “Xəzər adaları” layihəsinin müəllifi Hacı İbrahim Nehrəmli (İbrahimov) iddia edir ki, o, özünün brend geyimlərindən və saatlarından, hətta yas yerinə gedəndə başdan ayağa “Stefano Ricci”idən geyinməsindən bəhs edən müsahibə verməyib.

Xatırladaq ki, Hacı İbrahimin adından həmin müsahibəni ölkə.az saytı yayıb.

 Azinforum.az  saytı Azərbaycan Beynəlxalq Bankına olan yüz milyonlarla dollar krediti qaytara bilməyən, fəhlələrə də borclu qalan iş adamının biznesinin çökdüyü bir vaxtda nədən borclarını qaytarmaqla məşğul olmayıb dəbdəbəyə pul xərclədiyini sual edib. Nehrəmli Hacının dedikləri habelə sosial şəbəkələrdə geniş rezonans doğurub.

Və bu gün Hacı İbrahim müsavat.com-a deyib ki, o, heç bir müsahibə verməyib və sayt müsahibəni “The New York Times” qəzetinin bir neçə il əvvəl barəsində yazdıqlarından götürüb, “yeni interpretasiyada” təqdim edib.

Sitat: “Əslində, heç mənim o müsahibədən xəbərim yoxdur. Onu haradansa götürüblər, o geyimləri də yazıblar.  Mən iki ilə yaxındır xaricə getmirəm, ölkədən çıxışıma qadağa qoyulub. Xaricə getməmişəmsə, o brend paltarları haradan və necə almışam?  Mən həmin saytın rəhbərliyi ilə əlaqə saxladım, onlar bu materialı “New York Times” qəzetində çıxmış  müsahibəmdən götürüb, hazırlayıblar. Yeni formada veriblər”. 

Nehrəmli gizlətmir ki, həmişə brend geyimlər geyinib, dəbdəbəli avtomobillər sürüb. Ancaq deyir ki, bizneslə məşğul olan biri kimi onun geyimləri müzakirə mövzusu olmalı deyildi. “Azərbaycanın ilk rəsmi biznesmenlərindənəm. Daxmada yaşayası deyiləm ki? Yaxud, ucuz paltar geyinməyəcəm ki?”-nehrəmli İbrahim deyir.

Azinforum.az  ölkə.az-la əlaqə saxlayıb, Hacı İbrahimin müsahibəsinin qurama olub-olmadığını dəqiqləşdirib. Saytın redaktoru Məmməd Gülməmmədov bildirdi ki, həmin müsahibəni onlara əməkdaşlardan biri təqdim edib. “Həmin müəllifin Hacı İbrahimlə yaxın əlaqələri, ünsiyyəti var. O, Hacı İbrahimlə söhbət edib, geyim zövqü barədə suallar verib və söhbət əsasında müsahibə hazırlayıb bizə təqdim edib. Həmin söhbətin lent yazısı da var, biz onu bəzi əlavə sualları çıxarıb redaktə edəndən sonra saytda yayacağıq”-M.Gülməmmədov müsahibənin qurama olduğu haqda deyilənləri təkzib edərək bildirib.

Qeyd edək ki, “The New York Times” bir neçə il əvvəl Hacı İbrahim və onun layihəsi barədə reklam xarakterli geniş məqalə dərc etmişdi. Ancaq həmin məqalədə Hacının indi geyimlər barədə dediklərinin heç biri yoxdur. Orada ümumi şəkildə qeyd olunur ki, iş adamı dəbdəbəli avtomobillərdə gəzir və brend geyimlər geyir.

Həmçinin oxuyun

“Bir az kökələn kimi başqa sözlər yazırlar” – Könül Kərimova

Birini, ikisini oxudum, fikir vermədim. Bir haqlı tənqid tapmadım ki, sakitləşim. Biri deyir parik qoymusan. …

Bir cavab yazın