Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Şou Biznes / Neftçala rayonununda yerləşən Heydər Əliyev Mərkəzi baxımsızlıqdan uçulub dağılır

Neftçala rayonununda yerləşən Heydər Əliyev Mərkəzi baxımsızlıqdan uçulub dağılır

Müstəqilliyimizin daimi, əbədi, dönməz olmasında, dövlətçiliyimizin möhkəmlənməsində, respublikamızın hərtərəfli inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsi Azərbaycanın hər yerində əziz tutulur, böyük hörmət və rəğbətlə anılır. Ulu Öndərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə bütün bölgələrdə mühüm işlər görülür, vacib layihələr reallaşdırılır. Bu tədbirlər sırasında dahi şəxsiyyətin adını daşıyan, onun siyasi irsinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edən mərkəzlərin rolu böyükdür.

Belə mərkəzlərdən biri də 2014 cı ildə Neftçalada yaradılmışdır.Burada dahi rəhbərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar sərgilənir. Müstəqilliyin möhkəm dayaqlar üzərində bərqərar olması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, ölkəmizin indi bütün sahələrdə qazandığı uğurlar məhz Ulu Öndərin adı ilə bağlıdır.Müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısını alan, iqtisadiyyatı ağır böhran vəziyyətindən xilas edərək inkişaf yoluna çıxaran, qüdrətli ordu quruculuğu istiqamətində tarixi işlər görən Ümummilli Liderin xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. Belə mərkəzlərin yaradılması isə dahi rəhbərin siyasi irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Lakin bu gün Neftçala rayonununda yerləşən Heydər Əliyev Mərkəzi baxımsızlıqdan uçulub dağılır.Mərkəzin direktoru Ruhəngiz Nəcəfova hara baxır?

Belə ki, Neftçala rayonununda yerləşən Heydər Əliyev Mərkəzinin divarları rütubətdən nəm çəkdiyindən üzlüklər qopub, tökülüb. Bəzi yerlərdə hətta divarın kərpicləri də çürüyüb. Bu gedişlə bina yaxın vaxtlarda qəzalı vəziyyətə düşə bilər.

Bir zamanlar mərkəzin həyətinə xaricdən gətirilərək əkilmiş ağaclar həm baxımsızlıq, həm də nəzarətsizlik üzündən quruyub sıradan çıxmaqdadır. Ağacların bir qisminin yarpaqları və budaqları nəzarətsizlik üzündən kimlərsə tərəfindən qırılaraq məhv edilir. Parkın ərazisinə atılan sellofan paketlər küləyin təsiri ilə ağacların budaqlarına ilişərək burda acınacaqlı mənzərə yaradıb. İlin isti fəslində vaxtlı-vaxtında suvarılmaması səbəbindən parkın yaşıllıq örtüyü də tədricən sıradan çıxıb, asfalt üzlük çat verməkdədir.

Aşağıdakı videoda Heydər Əliyev Mərkəzinin binasının altından su axıdıldığını açıq aşkar görəcəksiniz.Maraqlıdır xanım direktor orada süni göl yaratmaq istəyir?Hətta yaxınlıqda yaşayan sakinlər iddia edirlər ki, binanın altı qatı tamamilə su içindədir.

Neftçala rayonununda yerləşən Heydər Əliyev Mərkəzi baxımsızlıqdan uçulub dağılır
Neftçala rayonununda yerləşən Heydər Əliyev Mərkəzi baxımsızlıqdan uçulub dağılır
Neftçala rayonununda yerləşən Heydər Əliyev Mərkəzi baxımsızlıqdan uçulub dağılır

Sonda onu bildirmək istəyirəm ki,Neftçala rayonunda yerləşən Heydər Əliyev Mərkəzinin nəzdində yerləşən dərnəklərdən gənc nəslin nümayəndələri,məktəblilərin bir qismi kifayət qədər yararlana bilmirlər.Ulu Öndərin “Yaxşı nə varsa uşaqlar üçün.” devizi nədənsə əsası hörmətli ölkə başçısı tərəfindən qoyulan və rayon rəhbərliyinin göstərdiyi təşəbbüs sayəsində ictimaiyyətin mədəni istirahət güşəsinə çevrilən mərkəzdə maraq kursları və dərnəklərin pullu xidməti şübhəsiz ki,nəinki valideyinlərdə,hətta ictimaiyyətin ziyalı təbəqəsi arasında da ruh düşkünlüyünə səbəb olub.Maddi cəhətdən imkansız valideyinlərin övladları xüsusi məbləğlər təyin edilmiş maraq kurslarına yazıla bilmir,həsəd hissi ilə mərkəzdə xarici dil öyrənən uşaqlara qibtə edirlər.İngilis dili, tarix, rus dili ,fransız dili dərnəkləri pulludur.(Aylıq 30 manat )

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq …

Həmçinin oxuyun

“Bu, yeni ərimdir” deyib, oğlumun qarşına çıxa bilmərəm” – FOTOLAR

Rəqqasə Renka: “Öləndə yanında olmadığım üçün özümü bağışlaya bilmirəm” “Bir müddət öncə keçmiş evliliyimlə bağlı fotoları …

Bir cavab yazın