Bazar ertəsi , Oktyabr 14 2019
Ana səhifə / Şou Biznes / Nazarbayevlərin dəbdəbəli mülkləri, yaxtaları…- İddia (Video)

Nazarbayevlərin dəbdəbəli mülkləri, yaxtaları…- İddia (Video)

“Bu ölkənin bütün yoxsullarını yedizdirmək olmaz, çünki bir ailə on illərdir ki, yeyib doya bilmir…”
Qazaxıstanın müxalifətçi jurnalistləri Aydos və Natalya Sadıkovlar Qazaxıstan prezidenti Nursultan Nazarbayevə  və onun ailə üzvlərinə aid olduğu iddia edilən mülklər, yaxtalar və s. barədə “Nazarbayevlər aiəsinin sarayları” adlı  sənədli film çəkiblər.
Moderator.az bu haqda Rusiya mediasına istinadla xəbər verir.
Filmin əvvəlində Qazaxıstan liderinin vətənpərvər(?) çıxışlarından sitatlar təqdim edilir. Daha sonra Nazarbayevin özünün, qızlarının, kürəkənlərinin  və digər qohumlarının xarici mülklərə və ofşor zonalara axıtdıqları milyonlardan bəhs edilir.
Nümunələrdən biri kimi  vaxtilə Britaniya şahzadəsi Endryu və onun xanımı Sara Ferqyusona hədiyyə edilmiş Sanninqhil Parkdakı mülkdən danışılır. Film müəlliflərinin sözlərinə görə, 2007-ci ildə  həmin mülkü Nazarbayevin ortancıl qızının əri Timur Kulibayev bazar qiymətindən  25 faiz artıq pul ödəməklə alıb.   2015-ci ildə isə Kulibayev artıq oradakı köhnə evi bəyənmədiyindən onu buldozerə verdirərək yerində barokko stilində  yeni dəbdəbəli villa tikdirib.
“Qazaxıstan prezidenti ölkədəki böhrandan danışarkən onun qızı və kürəkəni  Böyük Vindzor gölü yaxınlığındakı 600 akrlıq(1akr-təxm. 0,4 hektardır) ərazidə yeni dəbdəbəli saray tikirlər”-deyə film müəllifləri vurğulayır.
Nazarbayevlər ailəsinin digər daşınmaz və daşınan əmlakları arasında Karlovı Varıdakı villa, Kosta-Bravadakı iqamətgah, dəbdəbəli yaxta, Cenevrə gölü yaxınlığındakı ev və  s. göstərilir. 2008-ci ildə isə guya Qazaxıstan prezidentinin özü Londondakı Bişops-Avenyuda 2600 kv. metrlik iqamətgah əldə edib…
Sonda müxalifətçi jurnalistlər belə bir nəticəyə gəirlər:”Qazaxıstanda bütün yoxsulları yedizdirmək mümkün deyil, çünki bir ailə on illərdir ki, yeyib doya bilmir”…
Bununla belə,  jurnalistlərin çəkdiyi filmdə  qeyd edilən faktları təsdiqləyən yazılı və ya şifahi hər hansı bir sübut göstərilmir.

Həmçinin oxuyun

Rəqsanədən Kəmaləyə ağır ittihamlar – Video

Uzun illərdir Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova “Maşın” realiti şousunu ərsəyə gətirən “M Group Production” …

Bir cavab yazın