Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Şou Biznes / Naxçıvanın 450 mininci sakini dünyaya gəlib

Naxçıvanın 450 mininci sakini dünyaya gəlib

Azinforum.az-ın məlumatına görə, Naxçıvan şəhər sakinləri Orxan Babayev və Şəbnəm Abdullayevanın ailəsində Naxçıvan Muxtar Respublikasının 450 mininci sakini – Babayev Fərhad Orxan oğlu anadan olub.

Mayın 10-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümündə Doğum Mərkəzində bu münasibətlə tədbir keçirilib. MR-nın Dövlət Statistika Komitəsinin sədri Kamal Cəfərov körpənin anası Şəbnəm Abdullayevaya övladının Naxçıvan MR-nın 450 mininci sakini olması ilə bağlı arayış təqdim edib.

Səhiyyə naziri Niyazi Novruzov uşağın sağlamlığı haqqında məlumat verərək deyib ki, 3 kiloqram 800 qram çəkidə doğulan uşaq tam sağlam şəkildə dünyaya gəlib və inkişaf prosesi normal qaydada gedir.

Tədbirdə qeyd edilib ki, ötən 8 il ərzində muxtar respublikada əhalinin sayı 400 mindən 450 min nəfərə çatıb.

Həmçinin oxuyun

“Elza, birincisi, get, ədəbiyyatla məşğul ol”

Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərli arasında “İlhamə Quliyevanın taxtı” mövzusunda başlayan qalmaqal …

Bir cavab yazın