Cümə , Yanvar 15 2021
Ana səhifə / Şou Biznes / Natiq Cəfərovdan sonra REAL-ın daha iki üzvü saxlanıldı

Natiq Cəfərovdan sonra REAL-ın daha iki üzvü saxlanıldı

REAL hərəkatının daha iki üzvü saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə hərəkatın üzvləri sosial şəbəkədə məlumat paylaşıblar.

Qeyd edilir ki, hərəkatın üzvləri olan Toğrul İsmayılov və Elşən Qasımov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onların harada olması barədə məlumat verilmir. Yayılan məlumatlarda qeyd edilir ki, hər iki şəxsin ailə üzvləri də onların harada olmasından xəbərsizdir.

Saxlanılanlardan T.İsmayılov REAL-ın Səbail-Nəsimi Məclisinin sədri, E.Qasımov isə Yasamal Məclisinin sədr müavinidir.

Xatırladaq ki, REAL hərəkatının icra katibi Natiq Cəfərov iki gün əvvəl həbs edilib.

Natiq Cəfərovun həbsi ilə bağlı yayılan rəsmi məlumatda qeyd edilir ki, onun Cinayət Məcəlləsinin 192.1 (Qanunsuz sahibkarlıq) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələrində nəzərdə tutulan əməlləri törətməsində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

“Kim həyatını necə yaşayır, mənə dəxli yoxdur” – Nura Suri

“Səhv axtarmaq, tənqid etmək adəti bizim millətdə hardan yaranıb? Elə bir vəziyyət yaranıb ki, kimsə …

Bir cavab yazın