Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Nasir: “Kitab və kitabxana sistemimiz kədərli vəziyyətdədir”

Nasir: “Kitab və kitabxana sistemimiz kədərli vəziyyətdədir”

“”Axundov” kitabxanasında 5 şöbənin bağlanmasına çox təəssüflənirəm. Münasibətim mənfidir.”

Bunu Sherg.az-a tanınmış publisist, tərcüməçi Nəriman Əbdülrəhmanlı deyib. O qeyd edib ki, onsuz da ölkədə kitab və kitabxana sistemi kədərli vəziyyətdədir:

“Mədəniyyət və Turizm Nazirliyinin bu addımı da vəziyyəti lap gərginləşdirəcək. Mənəvi xəzinəyə bu cür münasibət məncə, parlamentdə müzakirə olunmalıdır”.

Qeyd edək ki, Mirzə Fətəli Axundov adına Milli kitabxana da ixtisarlara başlanılıb.

Kitabxana da qənaət rejiminə keçildiyi üçün 5 şöbə ləğv olunaraq əvəzinə 3 şöbə təsis edilib.

Məlumatda, həmçinin o da qeyd olunub ki, bir çox işçi aprel və may aylarında öz hesablarına məzuniyyətə göndərilirlər. İşçilərə 10 günlük məzuniyyət deyilsə də, bu dəqiq deyil.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın