Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Nadir Rüstəmli “Avroviziya” müsabiqəsinin açılış mərasimində

Nadir Rüstəmli “Avroviziya” müsabiqəsinin açılış mərasimində

Ötən bazar günü, mayın 8-də 40 ölkədən iştirakçılar “Avroviziya 2022” mahnı müsabiqəsinin açılış mərasimi üçün Turində “Firuzəyi xalça” (Turquoise Carpet) üzərindən keçiblər.

Musavat.com “Eurovision” rəsmi saytına istinadən bildirir ki, mərasimin aparıcıları Qabriele Korsi, Mario Akampa və Karolina Di Domeniko olub.

Açılış mərasimində Azərbaycan təmsilçisi Nadir Rüstəmli, nümayəndə heyətinin rəhbəri İsa Məlikov və mətbuat rəhbəri İlahə Dadaşova media qarşısına çıxıb.

Media nümayəndələrinin suallarını cavablandıran təmsilçimiz daha sonra italyan müğənnisi Andrea Boçellinin “Con Te Partiro” mahnısını ifa edib.

Nadir Azərbaycanı “Fade to black” mahnısı ilə təmsil edir. O, mayın 12-də ikinci yarımfinalda səhnəyə çıxacaq.

Qeyd edək ki, “Avroviziya 2022” mahnı müsabiqəsinin birinci yarımfinalı 10 mayda, ikinci yarımfinalı 12 mayda, final isə 14 may tarixində İtaliyada keçiriləcək.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …