Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / Putin: “Rusiya təcavüzə qarşı qabaqlayıcı tədbir gördü, bu, yeganə düzgün qərar idi”

Putin: “Rusiya təcavüzə qarşı qabaqlayıcı tədbir gördü, bu, yeganə düzgün qərar idi”

“Rusiya hərbçiləri xüsusi hərbi əməliyyat zamanı Donbassdakı insanlar və vətənin təhlükəsizliyi üçün vuruşurlar”.

Bunu Rusiya prezidenti Vladimir Putin İkinci Dünya Müharibəsinin 77-ci ildönümü ilə bağlı  Moskvada təşkil olunan paraddakı çıxışı zamanı deyib.

O bildirib ki, Rusiya xüsusi hərbi əməliyyatdan əvvəl Qərbi dialoqa çağırıb: “Bütün bunlar əbəs yerə olub, çünki NATO ölkələri bunu eşitmək istəməyib. Onların tamamilə fərqli planları var idi. Belə ki, Krım üzərinə hücuma hazırlıq görülmüşdü, NATO sərhəddə yerləşən ərazilərin hərbi inkişafı prosesini başlatmışdı. Bir sözlə, hər şey neonasistlərlə toqquşma olacağını göstərirdi və bu, qaçılmaz idi. Rusiya isə bunlardan irəli gələrək təcavüzə qarşı qabaqlayıcı tədbir gördü və xüsusi hərbi əməliyyata başladı. Bu, yeganə düzgün qərar idi”.

Həmçinin oxuyun

Vanqanın proqnozları ortaya çıxdı: May-dekabr aylarında dünyanı nə gözləyir?

Dünyaca məşhur görücü Vanqa 2024-cü ildə bir çox xoşagəlməz hadisələrin baş verəcəyini proqnozlaşdırıb. Lent.az xarici …