Çərşənbə , İyul 24 2019
Ana səhifə / Şou Biznes / Nəsimi rayonunda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş bayram tədbiri keçirilib

Nəsimi rayonunda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş bayram tədbiri keçirilib

1950-ci il iyun aynın 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunmuş «Qadınların Beynəlxalq Konfransı»nda 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınmışdır. Bundan sonra iynun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın 190-a yaxın ölkəsində, o cümlədən Azərbaycanda bu gün qeyd olunur.
Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da insan haqlarının qorunmasına xüsusi önəm verilir. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqların bizim gələcəyimiz və ölkəmizin gələcəyinin onların əlində olmasını nəzərə alsaq onların müdafiəsinə hamınıqla qoşulmaq bizim borcumuzdur.
Azərbaycanda uşaq problemlərinin həlli bu mühüm sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir.
Dövlət başçısı cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır. Bu mühüm kampaniya çərçivəsində respublikamızda uşaq hüquqları sahəsində ardıcıl və məqsədyönlü xarakter daşıyan tədbirlər həyata keçirilmişdir.
Yeri gəlmişkən, uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu da böyük işlər görür. Fondun uşaqların intellektual və fiziki inkişafında həyata keçirdiyi mühüm layihələrin rolu danılmazdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün ailələrindən olan, eləcə də imkansız uşaqlara xüsusi diqqət ayrılır. Əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində tədbirlər də davamlıdır.
Gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması,  sağlam böyüməsi,onların təhsili və hüquqlarının qorunması  istiqamətində aparılan işlər hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanmış, keçiriləcək tədbirlərə daha çox uşağın cəlb olunması nəzərdə tutulmuşdur.
31 may 2017-ci il tarixdə 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə  rayonun 11 və 268 nömrəli xüsusi məktəblərdə və Bakı Autizm İdman və Yaşam Klubunda təhsil alan fiziki cəhətdən qüsurlu 200 nəfərdən çox uşağın  iştirakı ilə  bayram tədbiri keçirilmişdir.
Uşaqlar qarşısında çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov tədbirdə  iştirak edən bütün uşaqları ” 1İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti ilə təbrik edərək bildirdi ki, ölkəmizdə uşaqlara xüsusi məhəbbət, xüsusi diqqət və qayğı vardır. Onların Vətənə layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar xalqımızın övldlarının taleyində əhəmiyyətli rol oynayadığına zəmanət verir.
Asif Əsgərov bildirmişdir ki, Azərbaycanda Uşaq siyasətinin əsası Ümummillli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan körpələri hər il Heydər Əliyevlə olan görüşlərdən sonsuz coşqu və böyük ilham alırdılar. Bu səmimi görüşlər hər bir uşağın yaddaşında əbədi iz qoymuşlar.
Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyeva Mehriban xanım Əliyevanın gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayıcağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir, ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir. Fond tərəfindən Azərbaycanda istedadlı uşaqların üzə çıxarılması, yetişdirilməsi istiqamətində mühüm layihələr həyata keçirilib və bu iş bu gün də uğurla davam etdirilir. Heydər Əliyev Fondunun fəaliyyəti  Azərbaycanın  gələcəyi olan uşaqlara yüksək qayğı  nümunəsi  olmaqla  yanaşı,  cəmiyyətin  ümumi  potensialının  bu  gün  də səfərbər olunmasına yönəlmişdir.
Keçirilən bayram şənliyi iştirak edən uşaqların yaddaşında xoş izlər buraxmış, onların müəllim və  valideynlərinin çox böyük razılıqlarına səbəb olmuşdur. Tədbir incəsənət ustalarının çıxışları ilə davam etmiş, uşaqlar rəqslər edərək əylənmiş,  uşaqlara hədiyyələr təqdim edilmişdir.










Həmçinin oxuyun

Xalq artisti Flora Kərimovanın doğum günüdür

Azərbaycan estradasının canlı əfsanəsi Flora Kərimova bu gün 78 yaşını qeyd edir. 1941-ci il iyulun …

Bir cavab yazın