Ana səhifə / Şou Biznes / Nəşi Şamaxıda, geyimi Bakıda dəfn olunan şəhid – VİDEO

Nəşi Şamaxıda, geyimi Bakıda dəfn olunan şəhid – VİDEO

Azərəbaycan tarixininin qəhrəmanlıq salnaməsi olan qanlı 20 yanvar hadisəsi..

ARB Şəki xəbər verir ki, neçə-neçə igid oğul və qızlarımızın qanı bahasına əldə edilmiş azadlıq mücadiləsi… O dəhşəti, qan donduran gecədə qorxmadan, çəkinmədən, cəsarətlə ürəyində vətən sevgisi daşıyan oğullarımız əliyalın düşmən tanklarının qarşısına çıxdı. Dörd bir tərəfdən yağan güllələrə məhəl qoyman insanlar düşmənların üzərinə yürüdü. Onlar özləri də bilmədən şanlı bir tarix yazdılar. Həmin gecədə Şamaxı da iki igidi vətənə şəhid verdi… Vidadi Məmmədov və Ağanəzər İsrayılov. O Ağanəzər İsrayılov ki, nəşi Şamaxıda, paltarları isə Bakıda şəhidlər xiyabanında dəfn olunub…
Vətən üçün ölmək… Şəhidlik mərtəbəsinə yüksəlmək. Azərbaycan tarixində qara günlər çoxdur. Vətən üçün verdiyimiz şəhidlər də. Son damla qanınadək döyüşərək ölənlər də olub, pusquya düşərək şəhid olanlarda, kor gülləyə tuş gələnlərdə. Amma 20 yanvar şəhidləri tanqların tüfənglərin qarşısına çəkilən canlı sədd idi. Bilərək ölümün gözünə baxmaq, çəkinmədən düşmənə meydan oxumaq idi. Həmin qəhrəmanlardan biri də Şamaxıda dünyaya göz açan Ağanəzər İsrayılov idi. Ağanəzər hələ uşağıq illərindən vətənə sevgisi və qoçaqlığı ilə seçilirdi. Elə ona görə də ən böyük arzusu polis olmaq idi. Ağanəzər yanvarın 19-da 20-ə keçən gecə düşmənə meydan oxuyan minlərlə igid övladarımız kimi vətəni müdafiəyə qalxmışdı. Və bu yolda canından keçdi. Övladının şəhid olduğu xəbəri ailə üçün nə qədər acı olsa da bir o qədərdə qürurverici idi… Azərbaycanın müstəqillik tarixinə oğullarının da adı yazılmışdı… Şəhid olan həmvətənlərimiz dağüstü parkda, indiki Şəhidər xiyabanında dəfn olunmalı idi. Amma şəhidin anasının xahişi ilə övladının nəşi Şamaxıya gətirilir… Ağanazərin dəfni üçün şəhidlər xiyabanında ayrımış qəbri isə boş qalmamalı idi. Elə buna görə də ona məxsus olan xüsusi əşyalar, şəhid olarkən əynindəki polis geyimi həmin yerdə basdırılır… Bir canı vardı onu vətən uğrunda verdi.
Vətən oğulları da indi onun həm Bakıda həm də Şamaxıda ziyarət edir. Bu gün də hər iki qəbri uğrunda canından keçdiyi vətənin övladlarının axınına şahid oldu. Bu ziyarətdə həm minnətdarlıq həm fəxr həm də hüzün var. Allah bütün şəhidlərimizə rəhmət etsin.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın