Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Şou Biznes / Nərimanovda Gənclər Günü qeyd edildi – FOTOLAR

Nərimanovda Gənclər Günü qeyd edildi – FOTOLAR

Nərimanovda Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Gənclər Birliyinin birgə təşkilatçılığıyla “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə “Azərbaycan gəncləri – Azərbaycanın gələcəyidir” mövzusunda rayon gənclərinin toplantısı keçirilib.

Azinforum.az  xəbər verir ki, tədbirin keçirilməsində məqsəd “2 Fevral – Azərbaycan Gəncləri Günü”nün geniş qeyd edilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsidir.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavinləri İlqar Mirzəyev, İradə Mahmudova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Nərimanov Rayon Gənclər Birliyinin sədri Yusif Babanlı, bir sıra dövlət və qeyri hökümət təşkilatlarının rəhbərləri, ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədr, sədr müavinləri, fəal üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov ilk öncə Müstəqil Azərbaycan gənclərini bu bayram günü və eyni zamanda birinci Gənclər Forumunun 20-ci ildönümü münasibətilə təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.

Qeyd edib ki, Azərbaycan dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolunu və 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunun keçirildiyini nəzərə alaraq mərhum prezident Heydər Əliyev 1 fevral 1997-ci ildə «2 Fevral – Azərbaycan gəncləri günü elan edilməsi haqqında» Sərəncam imzalayıb. Sərəncam qüvvəyə mindiyi gündən hər il olduğu kimi bu il də Azərbaycan Gəncləri günü qeyd edilir.

İdarə rəisi vurğulayıb ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir.

Sonra çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova qeyd edib ki, Heydər Əliyev həmişə gənclərə böyük inam göstərib

Daha sonra toplantıda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, YAP Nərimanov Rayon Gənclər Birliyinin sədri Yusif Babanlı və digər çıxış edənlər qeyd ediblər ki, Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılıb və hüquqi baza təkmilləşdirilib. Bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Dövlətimizin bütün sahələrdə həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyi xoşbəxt və firavan gələcəyə doğru addımlamaqdadır.

Tədbirin sonunda Dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi istiqamətindəki fəaliyyətinə, təhsilində fərqləndiyinə, Nərimanov rayonun mədəni-kütləvi tədbirlərində fəal iştirakına görə və “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə görə bir qrup rayon gəncləri mükafatlandırılıb.

Həmçinin Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev Dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi xidmətlərə, gənclərə göstərdiyi diqqət və qayğıya görə “Gənclərin Dostu” adına layiq görülüb







Həmçinin oxuyun

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi

“Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib. Yenisabah.az xəbər …

Bir cavab yazın