Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Murad Dadaşov təyyarə qəzasından qurtuldu 

Murad Dadaşov təyyarə qəzasından qurtuldu 

Həmin gün məni Allah qorudu.

Bu sözləri əməkdar artist Murad Dadaşov bu yaxınlarda təyyarədə başına gələn bədbəxt hadisə haqda Axar.az-a danışarkən deyib. O, həmin an çox qorxduğunu bildirib:

“Mən tez-tez aeroportda oluram, həmişə xarici ölkələrə gedib-gəlirəm. Hətta orada işləyən işçilərlə dostluq münasibətlərimiz belə yaranıb. Heç vaxt təyyarələrdə problemim olmayıb.

Amma mən yeni il gecəsi Londondan İstanbula gələndə təyyarə yellənməyə başladı. Hamı çox qorxurdu. Mən özüm də çox pis olmuşdum. Ağlıma birinci övladlarım gəldi. Ən çox da kiçik oğlumu düşündüm. Axı o məni hələ çox az görüb. Min şükür ki, Allah üzümüzə baxdı və sağ-salamat qurtula bildik”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın