Bazar ertəsi , Oktyabr 14 2019
Ana səhifə / Şou Biznes / Müdafiə Nazirliyi Tibb Baş İdarəsi rəisinin rüşvət piramidası

Müdafiə Nazirliyi Tibb Baş İdarəsi rəisinin rüşvət piramidası

Ehtiyatda olan tibb xidməti polkovniki Asif Vəliyev Moderator.az vasitəsilə müdafiə naziri Zakir Həsənova müraciət edib.

Müraciəti təqdim edirik:

“Hörmətli cənab Nazir!

İstərdim ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında baş verən özbaşınalıqlar haqqında Sizə məlumat verim. Müdafiə Nazirliliyin Tibb Baş İdarəsinin rəisi general mayor Əliyev Natiq Avil oğlu vəzifəsindən sui-istifadə edərək uzun müddət hərbi poliklinikanın rəisi vəzifəsində xidmət edən 1-ci dərəcəli kapitan Firudin Qarabəyovun vəzifələrini məhdudlaşdırmışdı. Poliklinikanın rəisi işə qəbul olunmaq istəyən mülki vətəndaşları və MAXE-ləri qəbul etmək üçün generaldan icazə almalı idi. Bundan əlavə onlar işə yarım ştata qəbul olunurdu. Həmin vəzifələrin yerdə qalan yarım ştatına isə Natiq Əliyevin qohumları və tanışları götürülürdü. Və beləliklə Natiq Əliyevin qohumları işə gəlməyə-gəlməyə yüksək maaş alırdılar. Hərbi poliklinikada olduğu kimi digər hərbi tibb müəssisələrində də Natiq Əliyevin tapşırığı ilə şöbə və bölmə rəisləri xəstələrdən pul alır və hər ay təyin olunmuş məbləği ona çatdırırdılar. Əks halda şöbə və bölmə rəisləri ciddi cəzalandırıla bilərdi.

Bu məsələlər Mərkəzi Hərbi Klinik Hospitalından da yan keçmədi. Son vaxtlar Müdafıə Nazirliyin ərazisində yerləşən binalarda təmir işləri getdiyi üçün Tibb Baş İdarəsi Mərkəzi Hərbi Klinik Hospitalının ərazisində yerləşdirilib. Və yuxarıda qeyd olunan məsələlər Silahlı Qüvvələrin Baş Klinik Hospitalında da tədbiq olunmağa başlandı.

Heç kəsə sirr deyil ki ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalı əhaliyə pullu xidmət də göstərir. General mayor Natiq Əliyevin tapşırığı ilə həkimlər mülkü əhalini müayinədən keçirən zaman ödəniş çeklərını tələb etmirdilər. Pullar həkimlərin özlərinə verilirdi. Bu pullar şöbə rəisləri tərəfindən toplanaraq hər ayın axırında general mayor Natiq Əliyevin cibinə daxil olurdu.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi Tofiq Tağıyev bu cür qanun pozuntularına qarşı cıxdı. Bu səbəbdən onunla general mayor Natiq Əliyevin arasında mübahisə yarandı və Tibb Baş İdarəsi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisindən uzaqlaşdırıldı.

Onu da qeyd etmək istərdim ki, general mayor Natiq Əliyevin bu cür özbaşınalığından digər həkimlər də narazıdır. Bir çox savadlı həkimlərimiz bunlara dözməyərək öz arzuları ilə ordu sıralarından təxris olunmaq üçün raportlar təqdim ediblər. Natiq Əliyevin bu cür əməlləri hərbi tibb sahəsində savadlı kadrların catışmazlığına gətirib çıxarıb.

Sonda onu da bildirmək istərdim ki, Tibb Baş İdarəsi rəisi general mayor Natiq Əliyev tabeçiliyində olan şəxsi heyəti nizamnamə ilə yox, özəl şirkət rəhbəri kimi özü qoyduğu qanunlarla idarə edir. Tibb Baş İdarəsinin şəxsi heyəti Natiq Əliyevin arxasında çox böyük qüvvələrin durduğunu bildiyi üçün onun qanunsuz əməllərinə göz yummağa məcbur olur.

Hörmətli cənab Nazir!

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində və onun tabeçiliyində olan tibb müəssisələrində baş verən özbaşınalıqlara və qanun pozuntularına diqqət ayırmağınızı Sizdən xahiş edirəm!”

Həmçinin oxuyun

“Nə qədər şərəfsiz var imiş…” – Elton Azərbaycanı bu ittihamla tərk etdi – Foto

Müğənni Elton Hüseynəliyev bundan sonra Türkiyədə yaşayacaq.  Bu barədə ifaçı İnstaqram hesabında məlumat verib. Hüseynəliyev …

Bir cavab yazın