Çərşənbə , İyul 17 2019
Ana səhifə / Şou Biznes / “Moskvada deyirdilər ki, Azərbaycanlı yazıçı detektiv yaza bilməz” – Çingiz Abdullayev

“Moskvada deyirdilər ki, Azərbaycanlı yazıçı detektiv yaza bilməz” – Çingiz Abdullayev

Detektiv yazıçı Çingiz Abdullayev “Quba kapriççiosu” romanı əsasında rejissor Yavər Rzayevin çəkdiyi və mayın 27-də təqdimatı olan “Xeyirlə Şərin rəqsi” filmini bəyəndiyini deyib.

Filmin təqdimat mərasimində çıxış edən Çingiz Abdullayev yeni filmin Azərbaycanda ekranlaşdırılan 3-cü bədii film olduğunu bildirib:

“Mənim ssenarim əsasında Rusiyada bir neçə filmlər, seriallar çəkilib. Amma bu film Azərbaycanda çəkilən 3-cü filmdir. İlk iki filmi rejissor Mehriban Ələkbərzadə və Ənvər Əbluc çəkib. “Xeyirlə Şərin rəqsi” Yavər Rzayevin filmidir. Bu filmdə Yavər rasional və irasional düşüncəni birləşdirib. Detektiv janrda filmlər tamaşaçıların xoşuna gəlir. Belə əsərlər də. Bilirsiz, bir zamanlar Moskvada mənə deyirdilər ki, Azərbaycanlı yazıçı detektiv yaza bilməz. Amma illər ötdü. Mənim kitablarım dünyada satıldı.Təkcə Polşada 40 kitabım çapdan çıxıb.”(“Report”)

Həmçinin oxuyun

“Şəbnəm Tapdıq mənə deyir ki, adını ya Şəbnur, ya da Şəbtac qoy” – Şəbnəm Tovuzlu

“Şəbnəm Tapdıq mənə deyir ki, adını ya Şəbnur, ya da Şəbtac qoy”. Mia.az xəbər verir ki, …

Bir cavab yazın