Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Milli Qəhrəmanı Yusif Mirzəyevin şəhid olduğu günüdür – Video

Milli Qəhrəmanı Yusif Mirzəyevin şəhid olduğu günüdür – Video

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin şəhid olduğu günüdür.
Yusif Vəli oğlu Mirzəyev 1958-ci il mayın 23-də Babək rayonu Böyükdüz kəndində anadan olub. O, 1991-ci ildə könüllü olaraq cəbhə bölgəsinə yollanıb, Goranboy, Ağdərə istiqamətlərində rəşadətlə vuruşub. O, 14 nəfərlik dəstəsi ilə bütün əməliyyatlarda iştirak edib, Ağdərənin 17 kəndinin azad edilməsində müstəsna xidmətləri olub.
1993-cü il fevralın 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində cəbhə yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına həlak olub. Naxçıvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Naxçıvan şəhərində orta məktəblərdən biri və Bakının 44 saylı orta məktəbi onun adını daşıyır, məktəbin qarşısında büstü qoyulub.
Şahin Musaoğlunun bəstələdiyi, Şəmistan Əlizamanlının ifa etdiyi “İgid əsgər” mahnısı ona ithaf olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!(QAZİLER.AZ)

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın