Azinforum.az Azxeber.com-a istinadən xəbər verir ki, millət vəkili Rüfət Quliyev yeni imici ilə diqqət mərkəzinə düşüb. Sayt əməkdaşının lentə aldığı görüntüdə, millət vəkilinin bu gün qatıldığı bir tədbirə özünəməxsus imicdə gəldiyi görünür.Belə ki, o ağ kostyum, ağ corab, sarı qalstuk və ağ ayaqqabısı ilə digər qonaqlardan seçilib.Deputatın bu imici birmənalı qarşılanmayıb, qonaqlar bunu yay mövsümü ilə əlaqələndiriblər. Amma millət vəkillinin bu imicinə “dodaqaltından” gülənlər də olub və bəzi qonaqlar “Rüfət müəllim sanki kəfən geyinib” deyə bir-birləri ilə danışıblar.