Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Mahaçqalada Əziz Əliyevə abidə ucaldılacaq

Mahaçqalada Əziz Əliyevə abidə ucaldılacaq

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqalada görkəmli dövlət xadimi və siyasi xadim Əziz Əliyevin xatirəsinə abidə ucaldılacaq.

Mahaçqala şəhər administrasiyasından bildirilib ki, abidənin ətrafında, həmçinin bağ salınacaq. Gələcək bağın müfəssəl memarlıq planı artıq hazırlanıb. Abidənin qoyulması və bağın adablaşdırılması üzrə bütün işlər gələn ilin yazında başa çatacaq.

Görkəmli dövlət xadimi və siyasi xadim Əziz Əliyev müxtəlif illərdə Azərbaycanın xalq səhiyyə komissarı, Azərbaycan Ali Sovetinin sədri, ÜK(b)P Dağıstan vilayət komitəsinin birinci katibi olub.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın