Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Mədət Quliyev: “Cinayət törədən şəxs bilməlidir ki, geci-tezi cinayətinə görə cavab verəcək”

Mədət Quliyev: “Cinayət törədən şəxs bilməlidir ki, geci-tezi cinayətinə görə cavab verəcək”

“Bu gün Azərbaycanda hər bir kəs bilməlidir ki, Azərbaycan hüquqi dövlətdir, burada hüquq şahdır və cinayət törədən şəxs bilməlidir ki, geci-tezi ona hüquqi qiymət veriləcək və o, cinayətinə görə cavab verəcək”.

Trend-in məlumatına görə, bunu Milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev son dövürlərdə Milli Təhlükəsizlik Nazirliyində baş verən hadisələri şərh edərkən deyib.

M.Quliyev bildirib ki, ola bilər ki, bir neçə nəfər cinayət edib və bu gün ona hüquqi qiymət verilir.

Nazir müavini qeyd edib ki, xalqımız Milli Təhlükəsizlik Nazirliyinə inanıb və bu gün də inanır:

M.Quliyev vurğulayıb ki, KİV-lərdə bununla bağlı məlumatlar yazılır: “Amma bu, Milli Təhlükəsizlik Nazirliyinin ümumi kollektivinə aid deyil, orada əməkdaşların 99 faizdən artığı saf, təmiz, işgüzar şəxslərdirlər, onlar işləyirlər, dövlətimizin təhlükəsizliyinin keşiyində dururlar”.

M.Quliyev bir neçə gün əvvəl ölkədə baş vermiş internet probleminə də münasibət bildirib:

““Delta Telecom”da qısa qapanmadan yanğın olub, orada məsələni Fövqəladə Hallar Nazirliyi araşdırır. Hadisənin hər hansı aksiya və terror aktı olması ilə bağlı hələlik məlumat yoxdur”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın