Şənbə , Avqust 24 2019
Ana səhifə / Şou Biznes / Məmurları cərimə gücünə dilimizə hörmət etməyə məcbur etmək mümkündürmü?

Məmurları cərimə gücünə dilimizə hörmət etməyə məcbur etmək mümkündürmü?

Məlum olduğu kimi, Nəsimi adına Diçilik İnstitutunun rəhbərliyi maraqlı təkliflə çıxış edib. Təklif müllifləri hesab edir ki, Azərbaycan ədəbi dilinin normalarını qorumaq üçün bu normaları pozanlara qarşı pul cərimələri tətbiq etmək məqsədəuyğun ola bilər.
Azərbaycan dilinin ədəbi normalarının sadəcə adi vətəndaşlar tərəfindən deyil, bir çox hallarda yüksək dövlət məmurları tərəfindən də kobud şəkildə pozulduğu kimsəyə sirr deyil. Maraqlıdır,
ədəbi dilimizin normalarının məmurlarımız tərəfindən də yetərincə pozulduğunu nəzərə alsaq, belə bir qanunun tətbiqini məqsədəuyğun hesab etmək olarmı? Məmurları cərimə gücünə dilimizə hörmət etməyə məcbur etmək mümkündürmü?
Moderator.az-a açıqlama verən yazıçı-publisist Mehriban Vəzir məmurun təmsil etdiyi dövlətin dilində gözəl və qüsursuz danışmağa borclu olduğunu vurğuladı:
“Indiki dövr və situasiyada belə bir qanunun qəbul olunmasını gözləmirəm. Bu, mümkün deyil. Bu, qanundan öncə mədəni bir prosesdir. Bir dövlət məmurunun, cəmiyyət qarşısında məsuliyyət daşıyan bir məmurun təmsilçisi olduğu dövlətinin dilində, ana dilində təmiz və gözəl danışması bir məsuliyyət və zərurətdir. Bundan ötrü məsələni birdn-birə qanun fomasında həll etməyə çalışmaq olmaz. Qanunların içərisində həm də zorakılıq olur. Ortada sitimulladırma prosesi olmalıdır. Sitimuallaşdırma prosesi Azərbaycanda getməyib. Təklif müəllimlərinin nümunə gətirdiyi Pribaltika ölkələrində isə bu proses olub. Sovetlər dönəmi başa çatandan bu poblem sitimullaşdırılır. Estoniyann baş naziri təxminən 10 il bundan qabaq sürücüsünə “davay poyexili” dediyi üçün böyük ictimai qınağa məruz qaldı və işdən çıxarıldı. Estoniyada dilə sahib çıxan hakimiyyət və xalq var idi. Bu xalq sitimullaşdırılmışdı. Bizdə isə mənzərə fərqlidir. Ona görə də Azərbaycanda belə bir qanunun meydana çıxması mümkün deyil”.

Həmçinin oxuyun

Azərbaycanlı müğənninin qızı göl kənarında belə görüntüləndi – VİDEO

Müğənni Təranə Qumralın qızının paylaşdığı yeni videosu müzakirələrə səbəb olub. Unikal.org xəbər verir ki, Qumral həyat …

Bir cavab yazın