Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Mədəniyyətimiz niyə mədəniyyətsizləşib?

Mədəniyyətimiz niyə mədəniyyətsizləşib?

Son vaxtlar şou-biznesdə baş verən qalmaqallar artıq mədəniyyət aləminə də yansımağa başlayıb. Əvvəllər Akademik Milli Dram Teatrında tez-tez xoşagəlməz olayların qalmaqalların şahidi olurduqsa, indi artıq Gənc Tamaşaçılar Teatrı, Opera və Balet Teatrının da adları qalmaqallarda hallanmaqdadır.

Belə ki, Gənc Tamaşaçılar Teatrında rəhbərliyinin qərarı ilə xalq artistləri Cənnət Səlimova, Ağaxan Salmanlı, Yasin Qarayev və Vaqif Ağayevin yartımştat cədvəlinə keçirilib. Bununla da adıçəkilən xalq artistlərinin əmək haqları xeyli dərəcədə azaldılıb. Aktyorlar bununla bağlı olaraq öz etirazlarını bildiriblər. Teatr bəyanat yayaraq yaranmış qalmaqala aydınlıq gətirərək yarımştatla əlaqədar qanuna uyğun addım atılıb. Qeyd edilib ki, teatrın bədii şurasının qərarına əsasən, teatrın bir qrup əməkdaşının tamaşalarda və repertuarda məşğulluğu müzakirə olunub, onların 2016-cı ildə hazırlanmış 8 adda yeni tamaşalarda az və ya heç iştirak etməmələri aydın olub.

Opera və Balet Teatrında isə baş verən qalmaqal bu gün də səngimək bilmir. Əvvəl aralarında xalq artistləri də olan 15 sənətkarın gözlənilmədən teatrı tərk etməsi qalmaqal yaratmışdısa, sonra gənc vokal ifaçı Gülşən İbadova ilə direktor arasında baş verən söz davası bu qalmaqalı daha da böyüməsinə səbəb oldu və demək olar ki, illərlə qaranlıq qalan mətləblərə aydınlıq gətirdi. Qalmaqala xalq artisti, dünya şöhrəti vokal ifaçısı Xuraman Qasımova da qarışaraq qeyd etdi ki, teatrda işlər qanun çərçivəsində getmir, “indi orda tamaşaçıdan çox solist var”.

Bütün bunlar, xüsusən də son olaraq xanəndə Canəli Əkbərov və onun həmkarları arasında yaşanan xoşagəlməz olay ictimaiyyətdə belə bir fikrin yaranmasına səbəb olub-mədəniyyətimiz mədəniyyətsizləşib. Qeyd edək ki, bundan əvvəl də sənət aləmində, sənətkarlar arasında hansısa narazılıqlar olmuş, kəskin ifadələr səslənmişdi. Amma bir-birinin ardınca nəhəng mədəniyyət ocaqlarında bu cür halların yaşanması, böyük sənətkarların müşahidə olunmurdu. Bəs səbəb nədir, niyə mədəniyyətimizin səviyyəsi bu dərəcədə aşağı düşüb, cılızlaşıb?

“Mədəniyyət sahəsində əndrabani bir vəziyyət yaranıb”. Bu sözləri Azərbaycanın görkəmli aktyoru, xalq artisti Rasim Balayev “Yeni Müsavat”aaçıqlamasında bildirib. Xalq artisti mədəniyyətin hazırda tənəzzül dövrünü yaşadığını deyib:

“Son illərdə bütün sənət növləri zəifləyib. Hanı Qara Qarayev və digərləri? İndi baxın onların yerində kimlər oturub. Bir cırlaşma gedib. Bunun səbəbini isə bilmirəm, mən nə politoloq, nə də sosioloq deyiləm, amma hər şey göz qabağındadır. Bu gün televiziyalarda, kinoteatrlarda boş-boş, hır-hırlı filmlər nümayiş olunur, guya komikdir, amma adamın əti tökülür. Yəni, hər bir mədəniyyət sahəsində cırlaşma gedir. Səviyyə doğrudan da çox aşağı düşüb. Əgər mən universiteti bu gün bitirsəydim özümü bədbəxt sayardım ki, mən harada işləyim, hansı teatrda, hansı kinoda çəkilim? Doğrudan da əndrabani bir vəziyyət yaranıb, bu, bir faktdır”.

Yazıçı-publisist Mehriban Vəzir isə məsələyə bu cür münasibət bildirdi:

mehriban

 

“ Hər şeyin kökü azadlıqlara bağlıdır. Azadlıq imkanları, rəqabət olmayanda həmişə bu cür olur. Yəni nəticədə işlər gəlib bu yerə çıxır. Demək olar ki, mədəniyyət sahəsi, incəsənət, bunların hamısında bu gün monopoliya hökm sürür. Teatrlar ancaq vəzifədə olan insanların əlindədir, yalnız öz atalarının tamaşalarınısəhnələşdirir, teatrlara“komanda” verir, azad yaradıcılıq imkanlarına şərait yaratmırlar. Azadlığın olmadığı yerdə məqsədin olması da mümkün deyil. Məqsəd də yoxdursa tamaşa da, tamaşaçı dayoxdur. Yüksək vəzifədə olan yazıçıların bu şəkildə teatrı inhisara almaqları teatrlarıcırlaşdırıb, eləcə də tamaşaçıları, qarşıdurmalar da öz yerində. Əslində bu cür qarşıdurmalar normal bir prosesidir, yəni insanlar bir-birini qəbul etmədiklərini deyə bilər,barələrində kəskin ifadələr deyə bilərlər. Bunların hamısı insanlıq halıdır, yəni normaldır. Normal olanın anormala çevrilməsi, həddi aşması, tənqidin təhqirə çevrilməsi də əslində insanlıq halıdır. Amma gərək mədəniyyət xadimləri müəyyən hədləri qorusun, çünki onlar cəmiyyət üçün nümunədir. Təbii ki, onların da əsəbi var, özlərindən çıxa bilərlər, bu isə ədalətin pozulması ilə bağlıdır”.

Bəs mədəniyyətin bu dərəcədə mədəniyyətsizləşməsiMədəniyyət və Turizm Nazirliyini narahat edirmi? Nazirlik mədəniyyət aləmində baş verən son qalmaqallarla bağlı hər hansı bir tədbir görəcəkmi?

Məsələ ilə bağlı əməkdaşımız nazirliklə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, ümumiyyətlə bu cür məsələlərə münasibət bildirilməyəcək.

 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın