Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Leyla Əliyeva: “Səni anlamıram mən”

Leyla Əliyeva: “Səni anlamıram mən”

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yeni şeirini təqdim edib.
 Azinforum.az əbər verir ki, Leyla Əliyevanın İnstaqram səhifəsində paylaşdığı yeni şeiri “Səni anlamıram mən” adlanır.
 İzləyicilər tərəfindən maraq doğuran şeiri təqdim edirik:
Vaxt görən hara uçdu?
Amma yaman tez uçdu.
Qar yağdı, boran gəldi.
Qapıda yenə qışdır.
Ruhum sıxıldı yaman,
Qəlbimə çökdü duman.
Yayda güc alan ruhum,
Qışa düşdü… üşüdü…
Bağdakı qönçələr də,
Büzüşdülər – açmırlar.
Xəzərin qumsalları,
Bərq vurub sayrışmırlar.
O kəslər ki tənhadır,
Elə tək də qalacaq
Şaxta sinələrini
Qəm-qüssə ilə yaxacaq.
Qəlbim, niyə donmusan?
Axı ürəyi saran
buzu necə isidim?
Söylə, necə əridim?
Deyəsən, sən özün də
Heç bunu istəmirsən.
Buza dönmüş ruhuna,
Qışı doğma bilirsən.
Ax, bu zaman görəsən
Hara belə tez uçdu?
Haray çəkim bir “Dayan”!
Əqrəb atını vurdu…
Yol zülmətə büründü.
Günəşdən nur istədim, batdı …
pərtliyim güldü…
Əlim çatsaydı günə,
Gizlədərdim ovcumda
Heç vaxt şər qarışmazdı
Həmişə gözlərimdə
Göz yaşı qüssə görən
Gecə qonaq gəlməzdi.
Gəl, sən məni bağışla,
Ürəyim, bircəciyim.
Bir də sənin xətrinə
dəymərəm, söz verirəm!
Lap dünya dağılsa da,
Səndən uzaq düşmərəm.
Fəqət, bilməm nə edim,
Nə qədər çalışsam da
Səni anlamıram mən.
Səni anlamıram mən.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın