Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Şou Biznes / Leksikamızda olmayan ən çox işlənən sözlər – “Good Bye”, “OK”, “Paka” – VİDEO

Leksikamızda olmayan ən çox işlənən sözlər – “Good Bye”, “OK”, “Paka” – VİDEO

“Good Bye”, “OK”, “Paka” – Ən çox bu sözləri işlədirik – VİDEO – FOTO
Bu gün Azərbaycan əlifbası və Azərbaycan dili günüdür.
Bu gün ümummilli lider Heydər Əliyevin fərmanına əsasən  2001-ci ildən qeyd edilir. Millətimizin milliliyini saxlayan, ədəbiyyatımızı və folklorumuzu formalaşdıran və ən əsası kimliyimizin təsdiqi – Ana dilimiz – Azərbaycan dili… Bəs bu gün yaşı minilliklərlə ölçülən dilimizə lazımınca dəyər verə bilirikmi?
Təəssüflə deyək ki, yox. Etiraf edək ki, bu gün biz dilimizi nəinki, kifayət qədər yaxşı öyrənmirik, hətta öz leksikonumuza əcaib-qəraib sözlər əlavə etməkdən də zövq alırıq.
Şəhər sakini: “Gün ərzində ən çox yaxşı sözünü işlədirəm. “Bye” demirəm, amma “good bye” deyirəm”.
Şəhər sakini: “Salam, yaxşı, “OK” ən çox işlətdiyim sözlərdir”.
Şəhər sakini: “Ok” və “paka” daha çox bunları istifadə edirəm”.
Salam, yaxşı, oldu, hələlik kimi sözlərimizə əvəz işlədilən “haylar”, “baylar” və “tamam”larla həm də böyük bir xalqı, böyük bir mədəniyyəti tamamlayırıq deyəsən.
Bəxtiyar Vahabzadə:
“Dədələrin bu sözlərin alovunu geyinibdir
Ürəkləri bu sözlərin vurğusu ilə döyünübdür
Qalxan taxıb qalx səthinə
Vuruşubdur vur səthinə
Axı niyə dəyişdirək bizim Qorqud atamızın
yaratdığı kəlmələri başqasının gəlməsinə”
Bəli, kəlmələrimiz gəlmələrə dəyişəndə sözümüzün kəsəri azalır. Dilimizi sevək, təbliğ edək. Çünki bu dil həyatın ən həzin simfoniyası olan laylanın dilidir. Çünki bu dil Füzuli eşqi, Nəsimi dərinliyi, Vurğun şirinliyinin təcəssümüdür. Yaşa, var ol Azərbaycan dili !!!  (Region TV)

Həmçinin oxuyun

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi

“Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib. Yenisabah.az xəbər …

Bir cavab yazın