Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Lalə Məmmədova Fədayəni müdafiə etdi: “Sevgisinin qurbanı olub”

Lalə Məmmədova Fədayəni müdafiə etdi: “Sevgisinin qurbanı olub”

Müğənni Lalə Məmmədova həmkarı Fədayə Laçının müdafiəsinə qalxaraq onu qınayanlara cavab verib.

O, həyatda heç kəsin sığortalı olmadığını deyib:

“Heç vaxt heç kəsi qınamayın. Sabah başınıza gələcək hansısa bəladan, səhv addımdan heç birimiz sığortalı deyilik. Fədayə ilə illərdir ki, eyni sənətdə olsaq da yalnız son iki ildə dostlaşdıq. Əvvəllər təkcə ifasını bəyənirdimsə, sonradan onun uşaq kimi saflığına, dürüstlüyünə heyran idim. İllərdir jurnalistlərin həyatı ilə bağlı verdiyi suallara səhv-düzləri ilə mərd-mərdanə cavab verdi. Baxmayaraq ki, buna görə qınaq obyekti oldu. Tək bunu deyəcəm: Fədayə saf sevgisinin qurbanı oldu. Başqa bildiyim yoxdur”.

Lalə Məmmədova həmkarının ailəsini dözümlü olmağa səsləyib: “Onun bacısının, anasının halına acıyıram. İnanıram ki, bu qorxulu yuxu bitəcək və o, yenidən aramızda olacaq”. (AzNews.az)

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …